Bazar, İyul 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paşinyandan 28 may ANONSU – Mesaj kimədir?

16/05/2026 09:24
Dünya
47 4
Paşinyandan 28 may ANONSU – Mesaj kimədir?
64
Baxış sayı

“Mayın 28-də İrəvanın Respublika meydanında keçiriləcək paraddan sonra insanların yeni ordunu görüb onunla fəxr edə bilməsi üçün hərbi texnika bütün gün Tiqran Mets prospektində düzüləcək”. Bunu Ermənistanın hazırda tətildə olan Baş naziri, hakim “Mülki Müqavilə” Partiyasının parlament namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistanın keyfiyyətli yeni silahlara və yeni məntiqə malik ordusu var. Paşinyan vətəndaşları 28 mayda Respublika meydanına gəlməyə və hər şeyi öz gözləri ilə görməyə çağırıb. O, hakimiyyətin ən böyük nailiyyətinin sülhün bərqərar edilməsi olduğunu söyləyib.

Bəs 28 may paradı daha çox kimə mesajdır – xaricə, yoxsa seçkilər öncəsi daxili auditoriyaya?
Qeyd edək ki, Ermənistan da mayın 28-i “müstəqillik günü” kimi qeyd edir.
Gündəm24.az  Musavat com-a istinadən xəbər verir ki, Ermənistan Fransadan ilk SEZAR artilleriya sistemlərini alıb və bu, sadəcə hərbi təchizat deyil: “Bu, Fransanın Parisin Rusiyanın təsirini zəiflətməyə və Ermənistanı uzunmüddətli təhlükəsizlik tərəfdaşına çevirməyə çalışdığı Cənubi Qafqaza daha genişmiqyaslı hücumunun bir hissəsidir”. Bildirilir ki, ilk SEZAR sistemləri artıq Ermənistanın əlindədir və Respublika Günü paradında təqdim edilməsi gözlənilir.
Hərbi ekspert Ramil Məmmədli parad keçirilməsini daha çox daxili auditoriyaya hesablanmış addım kimi qiymətləndirir. Paşinyanın seçkilərə lap az qalmış hərbi paradın keçirilməsi ilə cəmiyyətdə inam qazanmaq niyyətində olduğunu deyən hərbi təhlilçi hesab edir ki, xarici amillər də istisna deyil: “İlk növbədə psixoloji baryeri aşmaq mərhələsi kimi dəyərləndirmək lazımdır. 6 il əvvəl müharibədə darmadağın olan və biabırçı formada uduzan erməni ordusunu reabilitasiya etmək cəhdi görünməkdədir. Başqa tərəfdən, erməni xalqına ordunun güclü olduğunu nümayiş etdirmək istəyirlər. Çünki məğlubiyyət sindromu yaranıb və bu vəziyyətdən çıxa bilmirlər. Paşinyan isə göstərmək istəyir ki, yeni silahlar alınıb, Rusiyadan uzaqlaşmağa baxmayaraq, Fransa, Yunanıstan, Hindistan kimi tərəfdaşlar var, onların verdiyi hərbi texnikalarla arsenal guya gücləndirilib. Bununla Ermənistanın təhlükəsizlik sahəsində özünə yeni tərəfdaşlar tapdığını nümayiş etdirir. Ancaq düşünmürəm ki, hərbi parad yeni müharibəyə hazırlıq xarakteri daşıyır. Bu, Paşinyanın özünün, ordunun reputasiyasını yaxşılaşdırmaq cəhdidir”.
R.Məmmədliyə görə, Fransa artilleriyasının nümayişi Rusiyaya bir işarə deməkdir: “Ermənistan Rusiyadan əvvəlki hərbi dəstəyi almır. Həmçinin KTMT-də fəaliyyətini bloklayıb, təlimlərində iştirak etmir. İndi hərbi paradla, orada, fransız silahları nümayiş etdirməklə göstərir ki, yeni tərəfdaşlar var, Rusiyaya, KTMT-yə ehtiyacı qalmayıb. Amma bu siyasətə ciddi problemlər yaradacaq. Baxaq görək, Paşinyan nə qədər belə davam edəcək. Azərbaycana gəldikdə isə hərbi parad bizi narahat etmir. Oradakı yeni silahların gücü də Azərbaycanı qorxutmur. Çünki daha güclü, qalib, peşəkar, motivasiyalı ordumuz, ən müasir silahlarımız, almağa davam etdiyimiz hərbi texnikalarımız var. Eyni zamanda, onlardan fərqli olaraq, öz hərbi sənaye kompleksimizi inkişaf etdirir, müxtəlif sərgilərdə öz silahlarımızı təqdim edirik”.

Oxşarxəbərlər

Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq
Dünya

Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq

18/07/2026 21:12
56
Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı
Dünya

Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı

18/07/2026 20:55
52
Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək
Dünya

Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək

18/07/2026 18:44
55
Azan səsinə görə təyyarə təcili eniş etdi
Dünya

Azan səsinə görə təyyarə təcili eniş etdi

18/07/2026 18:30
54
Zelenski Baş Komandanın istefasını nəzərdən keçirir
Dünya

Zelenski Baş Komandanın istefasını nəzərdən keçirir

18/07/2026 16:08
52
Kadırov NATO-ya müharibə elan etdi
Dünya

Kadırov NATO-ya müharibə elan etdi

18/07/2026 14:35
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

ADY-nin növbəti uğursuzluğu: Bu dəfə görün nə etdilər

ADY-nin növbəti uğursuzluğu: Bu dəfə görün nə etdilər

18/07/2026 21:28
53
Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq

Dubay aeroportu boşaldılmalıdır – İrandan xəbərdarlıq

18/07/2026 21:12
56
Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı

Hindistanda güclü partlayış: 8 ölü, 15 yaralı

18/07/2026 20:55
52
Kimin ölüsü varsa, gətirib tullayır buraya

Kimin ölüsü varsa, gətirib tullayır buraya

18/07/2026 19:56
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

17/07/2026 10:18
65

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
70

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
62

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.