Qarabağdakı keçmiş qondarma rejimin separatçılarından, Xankəninin “meri” olmuş Davit Sərkisyana qarşı açılan cinayət işi ilə bağlı yeni məlumat yayılıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, Sərkisyanın vəkili Ruben Melikyan ona qarşı bütün qabaqlayıcı tədbirlərin ləğv edildiyini açıqlayıb.
Vəkil Sərkisyanla bağlı məhkəmə prosesinin davam etdiyini və son mərhələdə olduğunu bildirib.
Qeyd edək ki, may ayında Davit Sərkisyanın evində Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları saatlarla axtarış aparıblar. Nəticədə onun dələduzluqda və sənədləri saxtalaşdırmaqda ittiham edildiyi açıqlanıb və barəsində 20 sutka həbs qərarı verilib. İyunun 13-də isə Sərkisyan ev dustaqlığına buraxılıb.
Erməni müxalifəti onun separatçılarla birlikdə hakimiyyətə qarşı etirazları dəstəkləməsi səbəbilə baş nazir Nikol Paşinyanın tapşırığına əsasən həbs olunduğunu iddia edir.














