Bazar ertəsi, İyun 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paytaxtda ŞOK təhlükə – Hər gün daha da artır

29/06/2026 11:20
CƏMİYYƏT
41 2
Paytaxtda ŞOK təhlükə – Hər gün daha da artır
54
Baxış sayı

Paytaxtda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. DİN mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər DYPİ-dən bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

Son vaxtlar motosiklet sürücüsü olan yeniyetmələr həm özlərinin, həm ətrafdakıların həyatı üçün təhlükə olmağa başlayıblar. Onların təhlükəli manevrləri, qəza riski yaradan hərəkətləri həyəcan təbili çalınmasını zəruri edir. Son olaraq motosikletdən istifadə tanınmış vəkil Fərhad Mehdiyevin qızının ölümünə gətirib çıxardı. Bakıda isə bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayı artdıqca, sanki təhlükə də artır. Çünki əsasən yeniyetmələr və gənclər motosikl sürürlər. Onlar isə adrenalinə, sürətə üstünlük verirlər. Bu da bir sıra hallarda təhlükə yaradır. Göründüyü kimi, daha bir gənc bu səbəbdən saxlanılıb.

Bakı küçələrində ikiçarxlı nəqliyyat vasitələrinin, xüsusilə yüksək mühərrik gücünə malik motosikletlərin sayının kəskin artması özü ilə bərabər böyük bir təhlükəsizlik böhranı gətirib. Sükan arxasına keçən yeniyetmələrin yaş fərqi və təcrübəsizliyi, qanunsuz yollarla nəqliyyat axınına daxil olmaları paytaxt yollarını sanki bir poliqona çevirib. Tanınmış vəkil Fərhad Mehdiyevin ailəsində yaşanan dəhşətli faciə də sübut etdi ki, bu məsələ artıq bəsit bir qayda pozuntusu çərçivəsindən çıxaraq milli təhlükəsizlik və ictimai asayiş probleminə çevrilib. Nəzarətsiz buraxılan və sosial şəbəkələrdə reytinq qazanmaq üçün ölümünə şou göstərən “dəbilqəli kamikadzelər” həm özlərinin, həm də günahsız piyadaların və sürücülərin həyatını hər saniyə riskə atırlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə qeyd edib ki, paytaxtda yeniyetmələrin törətdiyi motosiklet qəzalarının artması həm sərt hüquqi rıçaqların, həm də ailə nəzarətinin tamamilə iflic vəziyyətdə olmasının göstəricisidir: “DİN və DYPİ tərəfindən 2008-ci il təvəllüdlü bir yeniyetmənin saxlanılması faktı problemin miqyasını çılpaqlığı ilə ortaya qoyur. 18 yaşı tamam olmamış, sürücülük vəsiqəsi və elementar yol mədəniyyəti olmayan bir uşağın altındakı sürət maşını birbaşa potensial qətl silahıdır. Biz bu təhlükəni önləmək üçün qanun və maarifləndirmə tərəzisinə baxırıqsa, birmənalı olaraq cəza mexanizminin sərtləşdirilməsi ön plana keçməlidir. Maarifləndirmə öz yerində, amma adrenalin axtaran, psixoloji olaraq sürət fanatına çevrilən 16-17 yaşlı gəncə instaqramdakı və ya televiziyadakı sosial çarx təsir etmir. Onu yalnız qanunun dəmir yumruğu və valideyninin cibinə toxunacaq nəhəng cərimələr, həmçinin cinayət məsuliyyəti dayandıra bilər”.

Ekspertin sözlərinə görə, problemin köklü həlli üçün həm satış məntəqələrinə sərt nəzarət qoyulmalı, həm də qanunvericiliyə təcili olaraq radikal dəyişikliklər edilməlidir: “Daha hansı addımlar atılmalıdır? Birincisi, ölkəyə gətirilən və daxili bazarda satılan hər bir motosiklet, kubundan asılı olmayaraq, dövlət qeydiyyatına alınmalı və nömrə nişanı ilə təmin edilməlidir. Bu gün bir çox yeniyetmə nömrəsiz və ya saxta sənədlərlə qaçır, çünki bilirlər ki, radara düşməyəcəklər, kameralar onları asanlıqla təyin edə bilməyəcək. İkincisi, yetkinlik yaşına çatmayan şəxslərə bu nəqliyyat vasitələrini satan və ya icarəyə verən obyektlər, eləcə də övladına bu şəraiti yaradan valideynlər birbaşa cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Paytaxtda xüsusi reydlərin intensivliyi artırılmalı, qayda pozan və ya sənədsiz sürülən motosikletlər dərhal müsadirə edilərək cərimə meydançasına aparılmalıdır. Əgər biz bu gün qanunvericilik səviyyəsində bu ‘kamikadze’ dalğasının qarşısını almasaq, hər gün küçələrimizdən yeni meyitlərin yığılması qaçılmaz olacaq. Təhlükə qapımızdadır və dövlətin aidiyyəti qurumları ən sərt addımları atmaqda gecikməməlidir”.

Oxşarxəbərlər

Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki…
CƏMİYYƏT

Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki…

29/06/2026 14:46
50
30 iyunla bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

30 iyunla bağlı XƏBƏRDARLIQ

29/06/2026 12:37
55
Azərbaycanda nazirə AĞIR İTKİ – FOTO
CƏMİYYƏT

Azərbaycanda nazirə AĞIR İTKİ – FOTO

29/06/2026 12:25
53
ASCO-ya yeni sözçü təyin edildi
CƏMİYYƏT

ASCO-ya yeni sözçü təyin edildi

29/06/2026 12:09
52
Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı – Açıqlama
CƏMİYYƏT

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı – Açıqlama

29/06/2026 12:01
53
Bakıda “Türk Dünyası Həftəsi”nin açılışı keçirilir
CƏMİYYƏT

Bakıda “Türk Dünyası Həftəsi”nin açılışı keçirilir

29/06/2026 11:08
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev Fərman imzaladı

İlham Əliyev Fərman imzaladı

29/06/2026 15:04
50
Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki…

Xəbərdarlıq: Bakıya doğru gəlir – elə istilər olacaq ki…

29/06/2026 14:46
50
Müəllimlər sertifikasiya imtahanından azad olunacaqlar? – AÇIQLAMA

Müəllimlər sertifikasiya imtahanından azad olunacaqlar? – AÇIQLAMA

29/06/2026 13:25
50
Sertifikasiya imtahanlarındakı suallarla bağlı iddialara ARTİ-dən CAVAB

Sertifikasiya imtahanlarındakı suallarla bağlı iddialara ARTİ-dən CAVAB

29/06/2026 12:39
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
74

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
88

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
77

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.