Prezident Ərdoğan Braziliya Prezidenti Lula da Silva ilə telefon danışığı zamanı ikitərəfli münasibətlər və Qəzza məsələsi müzakirə olunub.
Gündəm24.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Braziliya Prezidenti Lula da Silva ilə telefonla danışıb.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, görüşdə Türkiyə ilə Braziliya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Görüşdə Ərdoğan Türkiyə və Braziliyanın bir çox sahələrdə münasibətlərini inkişaf etdirmək və irəlilətmək üçün səylərini davam etdirəcəklərini bildirib.
Prezident Ərdoğan Braziliyanın Qəzza soyqırımı ilə bağlı səssiz qalmamasını təqdir etdiklərini və Türkiyənin Qəzzada davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüsləri vacib hesab etdiyini bildirib. O, Türkiyənin Qəzzada humanitar fəlakətə son qoymaq, sülhə nail olmaq və Qəzzanı yenidən qurmaq üçün səylərini davam etdirəcəyini əlavə edib.
Sədaqət Həsənova














