Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin avtomobilində selfi çəkib.
“Növbəti proqramın keçiriləcəyi yerə Prezident Əliyevlə birgə bir qədər qeyri-adi şəkildə gedirik – rəsmi səfər zamanı ev sahibi olan prezidentin avtomobili özünün idarə etməsi adi hal deyil. Buna görə də bu dostyana jesti daha yüksək qiymətləndirirəm”, – Slovakiya lideri qeyd edib.















