“Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq”.
Gündəm24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı edilən paylaşımda bildirilib.
“Urbisid, kultursid və ekosidə məruz qalmış ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq”, – paylaşımda qeyd olunub.














