“MDB ölkələrinin təhlükəsizliyini daxili və xarici təhdidlərdən qorumaq üçün xüsusi xidmət orqanlarının imkanlarından maksimum istifadə etməliyik”.
Gündəm24.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O bu barədə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 58-ci iclasına ünvanladığı təbrik mesajında yazıb.
Putin vurğulayıb ki, dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib və MDB sərhədləri yaxınlığında da yeni sabitsizlik ocaqları yaranıb.
Onun sözlərinə görə, bu şəraitdə analitik, kadr, operativ və texniki imkanlardan maksimum istifadə edilməli, MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması üçün mütəmadi məlumat mübadiləsi aparılmalı və ümumi problemlərin həlli üçün vahid yanaşmalar hazırlanmalıdır.
Rusiya Prezidenti deyib ki, SORB iclasının nəticələri MDB ölkələrinin və xalqlarının təhlükəsiz və sabit inkişafına töhfə verəcək.
Qeyd edək ki, MDB (Müstəqil Dövlətlər Birliyi) hazırda 9 əsas üzv dövlətdən ibarətdir: Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan.














