İranın keçmiş şahının oğlu Rza Pəhləvi ölkənin “çox kritik mərhələ”yə daxil olduğunu bildirib.
Gündəm24.az xəbər verir ki, o, vətəndaşlara müraciətində zəruri ehtiyaclarını mümkün qədər tez təmin etməyi, təhlükəsizlik məqsədilə küçələri tərk edib evdə qalmağı tövsiyə edib.
Pəhləvi insanları iş yerlərinə getməməyə, tətilləri davam etdirməyə və gecə şüarları vasitəsilə birlik nümayiş etdirməyə çağırıb.
Eks-taxt varisi hüquq-mühafizə orqanlarına müraciət edərək, “repressiv qüvvələrdən uzaqlaşmaq və xalqın tərəfində olmaq üçün son şansdır”, – deyib. O
O, həmçinin sonda İran xalqından onun son çağırışını gözləmələrini istəyib.














