Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qadınların pensiya yaşı ilə bağlı mühüm açıqlama:Tez çıxmaq üçün…

09/09/2026 20:45
CƏMİYYƏT, Manşet
828 8
Qadınların pensiya yaşı ilə bağlı mühüm açıqlama:Tez çıxmaq üçün…
692
Paylaşım sayı
961
Baxış sayı

5 uşağı olan analar neçə yaşında pensiyaya çıxa bilər? – Vəkil  AÇIQLAMA

Azərbaycanda çoxuşaqlı anaların pensiya hüququ məsələsi cəmiyyətdə mütəmadi müzakirə olunan mövzulardandır. Xüsusilə ailəsində çoxlu sayda uşaq böyüdən qadınların daha erkən yaşda pensiyaya çıxmaq imkanının olub-olmaması və bunun üçün neçə uşağın tələb edilməsi ilə bağlı vətəndaşların sualları çoxdur.

Mövzu ilə bağlı Vəkil Pərviz Zalışov Oxu24.com-a açıqlamasında bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrə və çoxuşaqlı valideynlərə müəyyən güzəştlər nəzərdə tutulsa da, bu məsələdə qanunun konkret tələblərinə diqqət yetirmək lazımdır.

Vəkilin sözlərinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan qadınların müəyyən şərtlər daxilində yaşa görə əmək pensiyasına daha erkən çıxmaq hüququ var.

“Bizim qanunvericilikdə çoxuşaqlı ana dedikdə bu məsələ ilə bağlı müəyyən meyarlar mövcuddur. Əvvəllər bu istiqamətdə fərqli yanaşmalar olub. Hazırda isə beş və daha çox uşağı olan qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ tanınır. Bunun üçün yalnız uşaqların sayının beş olması kifayət etmir, qanunda nəzərdə tutulan digər şərtlər də mövcuddur”, – deyə Pərviz Zalışov qeyd edib.

Qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan qadınların yaş həddi beş il azaldılır. Burada övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da müəyyən şərtlərlə nəzərə alına bilər. Eyni zamanda uşaqların səkkiz yaşınadək sağ olması ilə bağlı tələb də mövcuddur.

Vəkil bildirir ki, burada ən çox qarışdırılan məsələlərdən biri “beş uşağı olan hər bir qadın avtomatik olaraq pensiyaya beş il tez çıxa bilər” düşüncəsidir.

“Bu hüquq avtomatik olaraq yalnız uşaqların sayına bağlanmır. Əmək pensiyası hüququnun yaranması üçün ümumi pensiya qanunvericiliyində müəyyən edilmiş şərtlər də təmin olunmalıdır. Yəni şəxsin müvafiq pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı və ya pensiya kapitalı ilə bağlı şərtlər də nəzərə alınır”, – deyə hüquqşünas vurğulayıb.

Hazırda “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsində beş və daha çox uşağı olan qadınların yaş həddinin beş il azaldılması açıq şəkildə nəzərdə tutulur. Eyni güzəşt əlilliyi müəyyən edilmiş uşağı olan qadın və kişilər üçün də müəyyən hallarda tətbiq edilir.

Pərviz Zalışovun sözlərinə görə, çoxuşaqlı qadınların pensiya hüququ məsələsində əmək fəaliyyəti və sosial sığorta ödənişləri də mühüm əhəmiyyət daşıyır.

“Burada vətəndaşın əmək pensiyası hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan ümumi şərtlər mütləq nəzərə alınmalıdır. Sadəcə beş uşağın olması şəxsin heç bir başqa şərt olmadan pensiya alacağı anlamına gəlmir. Pensiya hüququnun yaranması üçün tələb olunan sığorta göstəricilərinin təmin edilməsi vacibdir”, – deyə vəkil bildirib.

Mütəxəssis qeyd edib ki, son illərdə bu sahədə qanunvericiliyə dəyişikliklər edilib və çoxuşaqlı ailələrin sosial müdafiəsinə yönələn mexanizmlər genişləndirilib. 2024-cü ildə qəbul edilmiş dəyişikliklərlə “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada müəyyən edilib və beş və daha çox uşağı olan qadınların, həmçinin müəyyən hallarda kişilərin güzəştli şərtlərlə pensiya hüququ daha aydın şəkildə tənzimlənib.

Burada bir məsələ də xüsusi diqqət çəkir. Qanunvericilikdə söhbət yalnız bioloji olaraq doğulan uşaqlardan getmir. Müəyyən hallarda səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da nəzərə alına bilər. Lakin bunun üçün qanunda müəyyən edilən digər şərtlər də təmin olunmalıdır.

Vəkil hesab edir ki, çoxuşaqlı anaların pensiya hüququ ilə bağlı ictimai müzakirələrin aparılması da təsadüfi deyil. Çünki ailənin yükünün böyük hissəsini üzərinə götürən və uzun illər ərzində bir neçə uşağın böyüdülməsində iştirak edən qadınların sosial təminatı məsələsi daim diqqətdə saxlanılmalıdır.

“Bu gün çoxuşaqlı analarla bağlı müəyyən güzəştlərin daha da genişləndirilməsi, uşaqların say meyarının dəyişdirilməsi kimi məsələlər Milli Məclisdə, mediada və ekspert dairələrində müzakirə olunur. Lakin qanunvericilikdə dəyişiklik edilməyənə qədər hüquqi baxımdan hazırda qüvvədə olan normalar tətbiq edilir. Hazırda əsas meyar beş və daha çox uşağın olmasıdır”, – Pərviz Zalışov bildirib.

Beləliklə, beş və daha çox uşağı olan qadın üçün qanunvericilik müəyyən güzəşt nəzərdə tutur və onun yaş həddi beş il azaldıla bilər. Lakin bu güzəştdən yararlanmaq üçün yalnız uşaqların sayına baxılmır. Şəxsin əmək pensiyası hüququnun yaranması üçün qanunda nəzərdə tutulan digər şərtlər də ödənilməlidir.

Bu səbəbdən beş və daha çox uşağı olan qadınların pensiya hüququ ilə bağlı konkret vəziyyəti müəyyənləşdirmək üçün onların sığorta stajı, pensiya kapitalı, uşaqların statusu və digər hüquqi hallar ayrıca araşdırılmalıdır. Hər bir şəxsin pensiya hüququ fərdi məlumatlar əsasında müəyyən edilir.

Oxşarxəbərlər

Zelenski bunu “tarixi səhv” adlandırdı
Manşet

Zelenski bunu “tarixi səhv” adlandırdı

18/10/2026 20:10
963
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 
Manşet

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 

18/10/2026 20:03
952
Ərdoğan Azərbaycanı Təbrik Etdi
Manşet

Ərdoğan Azərbaycanı Təbrik Etdi

18/10/2026 15:50
967
Xalq Artistinə AĞIR İTKİ
Manşet

Xalq Artistinə AĞIR İTKİ

18/10/2026 15:12
964
Münasibətlərdə güzəştə getməyən 4 bürc
Gündəm

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
966
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu
Manşet

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
963

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zelenski bunu “tarixi səhv” adlandırdı

Zelenski bunu “tarixi səhv” adlandırdı

18/10/2026 20:10
963
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 

18/10/2026 20:03
952
Ərdoğan Azərbaycanı Təbrik Etdi

Ərdoğan Azərbaycanı Təbrik Etdi

18/10/2026 15:50
967
Xalq Artistinə AĞIR İTKİ

Xalq Artistinə AĞIR İTKİ

18/10/2026 15:12
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.