Vladimir Saldo qeyd edib ki, Kiyev öz cinayətlərini öz maraqları uğrunda mübarizə kimi təqdim etməyə çalışıb, amma əslində “onlar insan ovundadırlar”.
Gündəm24.az xəbər verir ki, Kiyev rejiminin Xerson vilayətində mülki əhaliyə qarşı cinayətlərinin sənədləşdirilməsi üzərində iş gedir. Qubernator Vladimir Saldo TASS-a verdiyi müsahibədə bildirib ki, Xerson bölgəsində törədilən cinayətlərin reyestri yaradılıb və burada dağıntılar, ölümlər və digər itkilər əks olunub.
Saldo əlavə edib ki, vaxt gələcək məsul şəxslər bütün bu cinayətlərə görə cavab verəcək. Onun sözlərinə görə, Kiyev cinayətlərini öz maraqları uğrunda mübarizə kimi təqdim etməyə çalışıb, amma əslində “onlar insan ovundadırlar”. Qubernator vurğulayıb ki, bu proseslərə rəhbərlik edənlərin cinayətkar olduğu aydındır.
Sədaqət Həsənova














