Cümə axşamı, İyun 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qəbirstanlıqlar Bakıdan köçürülə bilər — AÇIQLAMA

03/06/2026 22:15
CƏMİYYƏT
38 2
Qəbirstanlıqlar Bakıdan köçürülə bilər — AÇIQLAMA
50
Baxış sayı

Böyük şəhərlərdə əhalinin sürətlə artması sosial xidmət sahələri ilə yanaşı, dəfn üçün torpaq sahələrinin tapılmasını da qlobal problemə çevirir. Paytaxt Bakıda son illər müşahidə olunan sıxlıq gələcəkdə ciddi məzar yeri çatışmazlığı yarana biləcəyi riskini gündəmə gətirib. Mövcud qəbiristanlıqların dolması və yeni ərazilərin məhdudluğu fonunda gələcəkdə insanların dəfn üçün yer tapmaqda çətinlik çəkəcəyi ehtimalı böyükdür.

Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, hal-hazırda Bakıda qəbir yerləri üçün torpaq sahələrinin tam tükəndiyini demək olmaz, amma müəyyən sıxlıq var və gələcəkdə çatışmazlıq yarana bilər:

“Bunun qarşısını almaq üçün qəbiristanlıqların şəhərdən kənara köçürülməsi və yeni sahələrin əsasən şəhər kənarında ayrılması mümkündür. Eyni zamanda, böyük məqbərələrin, geniş sahəli və qeyri-standart qəbirlərin inşasına məhdudiyyət qoyulması məqsədəuyğun hesab edilə bilər. Çünki bu, həm fərqlilik yaradır, həm də əlavə yer itkisinə səbəb olur. Dünyanın bir çox ölkəsində daha sadə və eyni tipli məzar daşlarından istifadə olunur və fərdi böyük tikililərə geniş yer verilmir.

Ümumiyyətlə, gələcəkdə əhalinin artımı ilə dəfn üçün ayrılan torpaq sahələri kifayət etməyə bilər. Avropa ölkələrində bu səbəbdən krematoriyalar və kolumbariumlar geniş yayılıb. Kolumbariumlar yandırmadan sonra saxlanılan kül üçün divarlarda yerləşdirilən xüsusi yerlərdir. Lakin bu yanaşma Azərbaycanda dini baxışlara görə uyğun hesab edilmir. Buna baxmayaraq, gələcəkdə vəziyyət dəyişməsə, daha az yer tutan dəfn formalarına ehtiyac yarana bilər. Əks halda, yaşayanlarla ölülər üçün ayrılan məkan arasında ciddi disbalans yarana bilər”.

Problemin digər tərəfi isə bu sahədə yaranan nəzarətsiz qiymət artımı və torpaq bazarının formalaşmasıdır. Hazırda məzar yerlərinin qiyməti bəzi ərazilərdə yaşayış təyinatlı torpaqların dəyərini üstələyir.

Vüqar Oruc qeyd edib ki, hazırda bu sahə həm də ciddi iqtisadi istiqamətə çevrilib:

“Qəbiristanlıq üçün ayrılan torpaq sahələrinin qiyməti adi torpaq qiymətlərindən dəfələrlə yüksək olur. Bu isə bəzi hallarda əlavə gəlir və kommersiya maraqları formalaşdırır. Ona görə də sahənin daha ciddi tənzimlənməsi, vahid standartların müəyyən edilməsi və dövlət nəzarətinin gücləndirilməsi daha məqsədəuyğun görünür. Eyni zamanda, aztəminatlı ailələrin dəfn xərclərini qarşılamaqda çətinlik çəkdiyi nəzərə alınmalıdır. Bu səbəbdən sosial dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Əks halda, gələcəkdə bu sahədə çatışmazlıq ciddi sosial problemlərə səbəb ola bilər”,- deyə o qeyd edib.

Oxşarxəbərlər

Bakının bir hissəsində İŞIQ OLMAYACAQ
CƏMİYYƏT

Bakının bir hissəsində İŞIQ OLMAYACAQ

03/06/2026 23:32
50
“WhatsApp”da mesajlarla bağlı YENİ FUNKSİYA
CƏMİYYƏT

“WhatsApp”da mesajlarla bağlı YENİ FUNKSİYA

03/06/2026 22:18
50
Rövşən Muradov qəfil vəfat edib
CƏMİYYƏT

Rövşən Muradov qəfil vəfat edib

03/06/2026 20:35
52
Toya hazırlaşanların diqqətinə
CƏMİYYƏT

Toya hazırlaşanların diqqətinə

03/06/2026 19:47
53
Gənclər buna görə infarkt olurmuş – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Gənclər buna görə infarkt olurmuş – XƏBƏRDARLIQ

03/06/2026 19:12
53
Sertifikasiya öncəsi kritik AÇIQLAMA: keçən ilin səhvləri təkrarlanacaqmı?
CƏMİYYƏT

Sertifikasiya öncəsi kritik AÇIQLAMA: keçən ilin səhvləri təkrarlanacaqmı?

03/06/2026 19:08
69

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakının bir hissəsində İŞIQ OLMAYACAQ

Bakının bir hissəsində İŞIQ OLMAYACAQ

03/06/2026 23:32
50
“WhatsApp”da mesajlarla bağlı YENİ FUNKSİYA

“WhatsApp”da mesajlarla bağlı YENİ FUNKSİYA

03/06/2026 22:18
50
Qəbirstanlıqlar Bakıdan köçürülə bilər — AÇIQLAMA

Qəbirstanlıqlar Bakıdan köçürülə bilər — AÇIQLAMA

03/06/2026 22:15
50
Sumqayıt da DƏHŞƏT: 32 yaşlı kişini belə öldürdülər

Sumqayıt da DƏHŞƏT: 32 yaşlı kişini belə öldürdülər

03/06/2026 21:00
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı

İstirahət üçün gəlmişdi, həyatını itirdi: Gənə təhlükəsi can aldı

03/06/2026 09:40
55

Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!

Nigeriyada Ebola həyəcanı: 10 ştat üçün fövqəladə xəbərdarlıq!

03/06/2026 07:47
61

Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var

Dron hücumu faciəyə çevrildi: Avtobus vuruldu, ölənlər var

03/06/2026 07:22
57

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.