Nizami Kino Mərkəzində “Qələbənin memarı: Cənab Ali Baş Komandan” adlı kitabının təqdimatı olub.
“Report”un məlumatına görə, keçirilən təqdimatda şəhid və qazi ailələri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.
Kitabın müəllifi Aydın Tağıyev Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətində həyata keçirdiyi diplomatik fəaliyyəti araşdıraraq bu mövzuda kitab qələmə almaqdan məmnunluğunu ifadə edib.
Bildirilib ki, kitab iki hissədən ibarətdir. Hər iki hissədə Azərbaycanın siyasi həyatında baş verən mühüm proseslər təhlil edilir və onların mahiyyətinə işıq salınır.
Çıxışlardan sonra qonaqlar kitab haqqında fikirlərini bildiriblər və müəllif onlar üçün kitab imzalayıb.














