Qətərin təhlükəsizlik xidmətləri ölkədə silahlı münaqişə dövründə vəziyyətlə bağlı yalan hesab edilən məlumatların yayılması səbəbilə 300-dən çox şəxsi saxlayıb.
Ajans.az xəbər verir ki,bu barədə Sky News Arabia Qətərin Daxili İşlər Nazirliyinin hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, son bir neçə gün ərzində əmirlikdə müxtəlif millətlərdən olan 313 nəfər foto və video çəkərək yaydıqlarına, həmçinin yanlış məlumat dərc etdiklərinə görə saxlanılıb.
Qətərin Daxili İşlər Nazirliyi bildirib ki, təhlükəsizlik və ictimai sabitliyin qorunması məqsədilə bu cür məlumatların yayılmasına qarşı tədbirlər davam etdiriləcək.














