İsrail ordusu Qəzza zolağının cənubundakı Sarı Xətdən kənarda yerləşən və İsrailin nəzarəti altında olmayan Xan Yunisə hücum edib. Hadisə zamanı daha bir jurnalist həlak olub.
Gündəm24.az xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisinin məlumatında bildirilir.
Hücum nəticəsində fələstinli fotojurnalist Mahmud Vadi ölüb. Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 257-yə çatıb.














