“Ukraynanın əsas prioritetləri müdafiə, təhlükəsizlik zəmanətləri, ölkənin müstəqilliyinin və suverenliyinin qorunmasıdır”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Putin savaşa son qoymalıdır. Bu, yalnız onun müharibəsidir və məhz Rusiya təcavüzü dayandırmalıdır”, – deyə Zelenski vurğulayıb.
Zelenski ABŞ nümayəndə heyəti ilə danışıqlarda ərazi məsələsinin əsas mübahisə predmeti olduğunu da qeyd edib. Prezident çıxışının sonunda əlavə edib ki, təcavüzkar ölkə öz hərəkətlərinə görə cavab verəcək.














