Dneprə endirilən zərbə nəticəsində yaralananların sayı 40-a yüksəlib.
Gündəm24.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Vladislav Qayvanenko məlumat verib.
Yaralıların böyük əksəriyyəti xəstəxanalardadır, 11 nəfərin vəziyyəti ağırdır.
Həlak olanların sayı dəyişməyib.
Axtarış-xilasetmə işləri başa çatıb.
Qeyd edək ki, raket zərbəsi nəticəsində 4 nəfərin həlak olduğu açıqlanmışdı.














