Çərşənbə, İyun 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiya niyə birdən birə Zəngəzur dəhlizinə qarşı çıxmağa başladı?

03/04/2026 14:51
Siyasət
60 5
Rusiya niyə birdən birə Zəngəzur dəhlizinə qarşı çıxmağa başladı?
82
Baxış sayı
Rusiya Prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla Moskvada görüşü və aralarında olan polemikanın ardınca, şimal ölkəsi rəsmiləri Nazirlər Kabineti sədrinin müavini Aleksey Overçukun timsalında Zəngəzur dəhlizində ABŞ-nin iştirakına qarşı kəskin fikirlər səsləndirməyə başlayıblar.
Bakupost.az xəbər verir ki, Overçuk “Tramp marşurutu”nun həm Rusiya, həm də İranın maraqlarına təhlükə yaratdığını bəyan edib. Halbuki buna qədər Moskva sözügedən marşuruta münasibətdə bir qədər yumşaq mövqe sərgiləyərək, hətta özlərinin də orada iştirakda maraqlı olduqlarını ortaya qoymuşdular. Amma nədənsə indi birdən-birə məsələyə münasibətdə kəskin mövqe sərgiləməyə başladılar.
Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakupost.az-a bildirib ki, Rusiya bu günə qədər Ukrayna məsələsində Trampı qıcıqlandırmamaq üçün TRİPP marşurutuna kəskin reaklsiya verməyib:
“Rusiyanın Zəngəzur dəhlizi məsələsində mövqeyi bəllidir. Onlar bu məsələnin ancaq 2020-ci il 9 noyabr müqaviləsinin 9-cu bəndinə istinad etməklə həllində maraqlıdırlar. Bu bənd isə Rusiya FTX-nin nəzarətində yolun açılmasını özündə ehtiva edir”.
Həmsöhbətimiz hesab edir ki, Ermənistanda yayda baş tutacaq seçkilərin nəticələri regional anlamda, eyni zamanda, TRİPP marşrutu baxımından bir çox reallıqları dəyişəcək:
“Paşinyanın son Moskva səfərində Putinin sərgilədiyi mövqe göstərdi ki, Moskva çox narahatdır”.
Politoloqun sözlərinə görə, indiki məqamda Moskvanın Ermənistana təzyiq edə biləcəyi əsas məsələ Zəngəzur dəhlizi məsələsidir:
“ABŞ-nin bu dəhlizdən hansısa yükləri daşımaq istəyi təbii ki, olacaq. Bu mənada yola nəzarət məsələsi təbii ki, vacib amildir. Amma bu o demək deyil ki, kimlərsə bu yolu Azərbaycanın istəyinin əleyhinə istədiyi kimi işlədəcək”.
Ekspertin fikrincə, Overçukun timsalında Rusiyanın bu məsələ ilə bağlı qısqanclığı sadəcə öz eqolarını təmin etməyə hesablanıb:
“Rusiya indinin özündə də istədiyi yükləri maneəsiz Ermənistana daşıya bilir. Sonrakı mərhələdə də Zəngəzur dəhlizindən istədiyi yükləri mümkün yerlərə daşıya biləcək. Təbii ki, Qərblə münasibətləri düzələcəksə”.
A.Qasımov hesab edir ki, hələlik Rusiyanın TRİPP marşrutuna qarşı ciddi addım atmaq imkanları məhduddur.
Ona görə Overçuk tərəfindən səslənən bu mövqe də sadəcə seçki öncəsi Paşinyana təzyiq xarakteri daşıyır:
“Moskva ən həssas nöqtədən, Zəngəzur dəhlizi məsələsindən Paşinyana təzyiq etməyə çalışır”.
Müsahibimiz onu da qeyd etdi ki, “Tramp marşurutu” ilə həm də İrandan Ermənistana qeyri-qanuni daşımalara, qaçaqmalçılığa nəzarət həyata keçiriləcək:
“ABŞ-nin İrana bu dəhlizdən nəzarət məsələsi ciddi fikir deyildir. Tək məsələ İrandan Ermənistana qeyri-qanuni daşımalara və qaçaqmalçılığa nəzarət olacaq. İranı narahat edən əsas məsələ də budur”.
Sonda politoloq bildirdi ki, marşurutla bağlı bütün məsələlərə İran-ABŞ müharibəsinin nəticəsi aydınlıq gətirəcək.
Qeyd edək ki, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk Ermənistandan keçən “Tramp marşurut”unun Moskva ilə Tehranın maraqlarına zədd olduğunu bildirib.
Onun fikrincə, ABŞ üçün bu dəhliz Mərkəzi Asiyadan kritik əhəmiyyətli mineralları daşımaq və İran üzərində nəzarəti təmin etmək üçün vacibdir.

Oxşarxəbərlər

Prezidentdən ÖNƏMLİ AÇIQLAMA: Bu, qəbuledilməzdir
Manşet

Prezidentdən ÖNƏMLİ AÇIQLAMA: Bu, qəbuledilməzdir

24/06/2026 11:23
61
İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
Manşet

İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib

24/06/2026 11:11
52
Ziya Öztürkler Bakıdadır
Siyasət

Ziya Öztürkler Bakıdadır

24/06/2026 09:19
54
İran Parlamentinin sədri Azərbaycana gəldi
Siyasət

İran Parlamentinin sədri Azərbaycana gəldi

24/06/2026 09:18
55
Trampdan sərt mesaj
Siyasət

Trampdan sərt mesaj

23/06/2026 20:46
53
İlham Əliyev dövlət qulluqçularını təltif etdi – SİYAHI
Manşet

İlham Əliyev dövlət qulluqçularını təltif etdi – SİYAHI

23/06/2026 17:29
63

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Soydaşımıza ABŞ-də yüksək vəzifə verildi

Soydaşımıza ABŞ-də yüksək vəzifə verildi

24/06/2026 14:36
52
Fransada Ebola həyəcanı – İlk yoluxma halı qeydə alındı

Fransada Ebola həyəcanı – İlk yoluxma halı qeydə alındı

24/06/2026 14:35
52
Bu hava limanları bağlanır – İranda

Bu hava limanları bağlanır – İranda

24/06/2026 14:33
52
Bu ölkə Rusiyaya BİRLƏŞİR?

Bu ölkə Rusiyaya BİRLƏŞİR?

24/06/2026 14:07
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
84

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.