Rusiya Xarkova iki ballistik raketlə hücum edib.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Xarkovun meri Terexovun açıqlamasına görə, 16 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır.














