Rusiya Nəqliyyat Nazirliyi daha əvvəl bildirmişdi ki, 7 yanvarda ABŞ qüvvələri beynəlxalq sularda Marinera neft tankerinə miniblər.
Gündəm24.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a açıqlama verərək bildirib ki,“Marinera” neft tankerinin iki rusiyalı heyət üzvü sərbəst buraxılıb və vətənə qayıdırlar. O, vurğulayıb: “İki rusiyalı heyət üzvü sərbəst buraxılıb və Rusiyaya qayıdırlar”.
Rusiya Nəqliyyat Nazirliyinin əvvəlki məlumatına görə, 7 yanvarda ABŞ qüvvələri beynəlxalq sularda Marinera tankerinə minib. Nazirlik qeyd edib ki, 1982-ci il BMT Dəniz Hüququ Konvensiyasına əsasən, heç bir dövlətin beynəlxalq sularda digər ölkələrin qeydiyyatında olan gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur. Marinera gəmisinə Rusiya və beynəlxalq qanunlara uyğun olaraq 24 dekabr 2025-ci ildə müvəqqəti Rusiya bayrağı altında üzmək icazəsi verilib.
Buna qarşı olaraq, Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, ABŞ administrasiyası Marinera tankerinin heyətini federal qanun pozuntularına görə məhkəməyə vermək üçün ABŞ-a gətirə bilər. Ağ Ev iddia edir ki, Marinera Venesuelanın kölgə donanmasının bir hissəsidir və ABŞ sanksiyalarını pozaraq qanunsuz neft daşıyıb.
Sədaqət Həsənova














