Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb — FOTOLAR

09/12/2025 10:39
Mədəniyyət
57 4
“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb — FOTOLAR
77
Baxış sayı

Dekabrın 8-də “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində “Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda panel sessiya keçirilib.

Gündəm24.az  xəbər verir ki, Mədəniyyət Nazirliyinin Xarici ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə keçən sessiyada İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət İşləri Departamentinin direktoru Lhoucine Rhazoui süni intellektin çağırış olmaqla yanaşı, fürsət yaratdığını qeyd edib. Bildirilib ki, ölkələr rəqəmsal savadlılığı öz planlarında tətbiq etməlidirlər. O, fikirlərinə belə davam edib: “Müsəlman dünyasının hər bir fərdinin zəngin mədəni irsi qorumaq kimi məsuliyyəti var. Mədəniyyət festivalı simvolik xarakter daşıyır. Burada həmfikir insanların şəbəkəsi formalaşır. Məqsədimiz İslam ölkələrinin hədəf və məqsədlərini bir araya gətirməkdir. Gənclər bizim mədəni dəyərlərin daşıyıcıları olacaqlar. Təəssüf ki, dünyadakı əsas gərginliklər İslam ölkələrindədir. İnfrastruktur, texnologiya cəhətdən qeyri-bərabərlik var. Rəqəmsal boşluq mövcuddur. Biz bununla məşğul olmalıyıq. Mədəni irs nümunələrinin əksəriyyəti müharibələr zamanı məhv edilib. Bir hissəsi isə oğurlanıb. Onları bərpa etməli və aid olduğu ölkələrə qaytarmalıyıq. Bunun üçün yeni konsepsiya təqdim etməliyik”.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmud Erol Kılıç festivalın təşkilinə görə Azərbaycan Hökumətini təbrik edib. O, mədəni tarixin siyasi tarixdən daha əhəmiyyətli olduğunu və müsəlman ölkələrinin öz zəngin mədəni tarixi haqqında məlumatlı olmasının vacibliyini qeyd edib. Texnologiyaların mədəni sahədə tətbiqindən bəhs edən M.E.Kılıç deyib: “Texnologiya heç zaman mədəniyyət və insandan üstün olmamalı, lakin alət kimi istifadə edilməlidir. Məsələn biz dahi şair və yazıçıların əsərlərinin əlyazmalarının süni intellektdən istifadə edərək rəqəmsallaşdırılması üsullarını düşünə bilərik”.

İƏT-in İnformasiya və Mədəniyyət Məsələləri Daimi Komitəsinin Əlaqələndirmə Bürosunun direktoru Ameth Diallo tədbirin təşkilatçılığına görə Azərbaycan Hökumətinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib. O, Azərbaycan gəncliyinin böyük optimizm nümayiş etdirdiyini qeyd edib. A.Diallo təşkilat çərçivəsində spesifik platformaların yaradılmasının vacibliyini diqqətə çatdırıb: “Biz birlikdə işləməli və platformaları uyğunlaşdırmalıyıq. Bu, bizdə data baza rolunu oynaya bilər. Lakin rəqəmsal infrastrukturun qurulması üçün investisiya çox vacibdir. Rəqəmsal transformasiyadan qaçış yoxdur. Həmin texnologiyaları işlərimizə töhfə verməsi məqsədilə istifadə etməliyik. Odur ki, biz bir araya gəlməli, müxtəlif alətləri müzakirə etməliyik”.

ABŞ-ın Mədəniyyət və Təhsil İnstitutunun (CCEI) baş icraçı direktoru və İdarə Heyətinin sədri Vasif Eyvazzadə vurğulayıb ki, sivilizasiyalar və xalqlar öz irslərini, sadəcə, qorumaqla deyil, həm də onu gələcək nəsillərə çatdırmaqla formalaşır: “Günümüzdə rəqəmsal era bunun üçün bizə gözəl tarixi fürsət verir. Rəqəmsal əsr bizə öz mədəniyyətimizi təbliğ etmək üçün imkanlar yaradır. Gənclər rəqəmsal alətlərdən istifadə edərək öz mədəniyyətlərini nümayiş etdirə bilərlər”.

BƏƏ-də “Mistika” şirkətinin icraçı yaradıcı direktoru və həmtəsisçisi Cimi Elqohari texnologiyanın İslam irsinin gözəlliyini görməyə imkan verdiyini deyib. O, rəqəmsal “storytelling” metodunun bu istiqamətdə vacib alət olduğunu qeyd edərək onun İslam mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib.

Panel sual-cavab və müzakirələrlə davam edib.






Oxşarxəbərlər

Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi – FOTOLAR
Mədəniyyət

Anar Ələkbərov Nəriman Həsənzadəni evində ziyarət etdi – FOTOLAR

18/02/2026 14:18
52
Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı – Yeni təyinat
Mədəniyyət

Brilliant Dadaşovanın həyat yoldaşı işdən çıxarıldı – Yeni təyinat

14/02/2026 10:56
54
Üzvlük haqqını belə ödəməlisiniz – AYB-dən xəbərdarlıq
Mədəniyyət

Üzvlük haqqını belə ödəməlisiniz – AYB-dən xəbərdarlıq

06/02/2026 17:36
56
Rasim Balayevə nə olub? – Açıqlama
Mədəniyyət

Rasim Balayevə nə olub? – Açıqlama

30/01/2026 13:05
77
Alim Qasımovdan nəvəsinin toyda dediklərinə reaksiya
Mədəniyyət

Alim Qasımovdan nəvəsinin toyda dediklərinə reaksiya

23/01/2026 15:25
63
Rasim Balayevin səhhətində problem yaranıb? – Oğlu açıqladı
Mədəniyyət

Rasim Balayevin səhhətində problem yaranıb? – Oğlu açıqladı

16/01/2026 14:37
72

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
60
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
67

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.