Sabah Şirvan və Sabirabad şəhərlərinin bəzi küçələrində qaz təchizatında fasilələr yaranacaq.
Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin bir sıra küçələrinin, Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.














