Cümə axşamı, İyul 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Seçki ərəfəsində İrəvana ağır zərbə – Rusiya Ermənistanı nədən vurur?

02/06/2026 13:24
Dünya
53 2
Seçki ərəfəsində İrəvana ağır zərbə – Rusiya Ermənistanı nədən vurur?
69
Baxış sayı

“Rusiya-Ermənistan münasibətlərində son zamanlar gərginlik hiss olunur. Bu gərginlik günü-gündən daha da kəskin formada özünü büruzə verir. Gərginliyin ən son nöqtələrindən biri 29 may tarixində Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin tədbirində Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak etməməsi və Ermənistanın iştirak etmədiyi bir tədbirdə onunla bağlı qəbul edilən bəyanatdır. Həmin bəyanatda Ermənistandan tələb edilir ki, tez bir zamanda ya Avropa İttifaqı ya da Avrasiya İqtisadi İttifaqı istiqamətində seçimini etsin, yəni Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı mövqeyini ortaya qoysun və yaxud Avropa İttifaqına inteqrasiya yolunu seçmək istəyirsə, bununla bağlı referendum keçirsin”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən danışarkən bildirdi.

Onun sözlərinə görə, Ermənistandan tələb olunur ki, referendum keçirilsin və bu referendumun tez bir zamanda baş tutması təmin edilsin:

“Bu da bir təzyiq vasitəsi kimi qiymətləndirilir. Ermənistanın qarşısında fakt qoyulur ki, əgər sən Avrasiya İqtisadi İttifaqından çıxmaq və vəziyyəti kəskinləşdirmək istəyirsənsə, xalqın iradəsinə müraciət et, referendum keçir və qoy Ermənistan xalqı bu məsələdə öz mövqeyini ifadə etsin. Əgər Avropa İttifaqını seçirsənsə, xalq da bununla bağlı sözünü desin. Paşinyan isə seçkiqabağı kampaniya mərhələsindədir. Bir neçə gündən sonra, iyunun 7-də seçkilər keçiriləcək. Seçkilər ərəfəsində belə bir məsələnin gündəmə gətirilməsi Paşinyana sərf etmir. Çünki Avropa İttifaqını seçmək və yaxud Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi bir daha göstərir ki, Rusiya artıq Ermənistanın iki stulda otura bilməyəcəyi ilə bağlı mövqeyini xatırladır. Bu mesaj həm Rusiyanın özü, həm də onun liderlik etdiyi Avrasiya İqtisadi Birliyi tərəfindən Ermənistana verilir. Ermənistan rəsmiləri isə buna cavab olaraq bildirirlər ki, heç bir problem yoxdur. Paşinyan deyir ki, biz Rusiya ilə yeni münasibətlərin qurulması mərhələsindəyik, münasibətlərimiz transformasiya olunur, heç bir gizli məqam yoxdur və əlaqələrimiz səmimidir. Təbii ki, bu açıqlamalar açıq şəkildə Rusiyanı daha da qıcıqlandırmamaq məqsədi daşıyır. Ermənistan onsuz da kifayət qədər gərgin olan Rusiya ilə münasibətləri daha da gərginləşdirmək istəmir”.

Millət vəkili qeyd etdi ki, dünən də iki ölkənin rəsmiləri arasında görüşlər keçirilib:

“Görüşlə bağlı Ermənistan tərəfinin yaydığı məlumatda bildirilir ki, Putin Paşinyanı doğum günü münasibətilə təbrik edib və eyni zamanda 29 may tarixli Astana görüşü barədə ona məlumat verib. Təbii ki, bu, ictimaiyyət üçün açıqlanan rəsmi məlumatdır. Çox böyük ehtimalla, görüş zamanı Paşinyanın siyasi gələcəyi, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, eləcə də Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi Birliyi, Gömrük Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın gələcək mövqeyi müzakirə olunub. Ehtimal etmək olar ki, Putin Paşinyanın qarşısında bir sıra tələblər də irəli sürüb. Buna görə də münasibətlərdə problem olmadığı barədə verilən açıqlamalara baxmayaraq, tərəflər arasında kifayət qədər ciddi məsələlərin mövcud olduğu görünür”.

Müsahibimizin sözlərinə görə, Rusiya hazırda Ermənistana güclü təsir imkanlarına malikdir və bu təsirlər əsasən iqtisadi xarakter daşıyır:

“Məsələn, Ermənistanın enerji infrastrukturu və elektrik şəbəkəsinin idarə olunmasında Rusiyanın ciddi təsiri var. Ermənistana xatırladılır ki, bu sahədə Rusiyadan asılılıq hələ də qalır və onu aradan qaldırmaq mümkün olmayıb. Digər mühüm məsələ dəmiryol şəbəkəsidir. Ermənistan dəmiryolları üzərində Rusiyanın nəzarəti ilə bağlı vəziyyətdə də hələlik ciddi dəyişiklik baş verməyib. Dİgər məsələ isə ehtimal ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Putin Ermənistana xəbərdarlıq etmiş ola bilər ki, ABŞ ilə bu istiqamətdə müzakirələr aparılırsa, Rusiyanın da burada müəyyən maraqlarının və pay sahibi olmaq istəyinin nəzərə alınması vacibdir. Ancaq məsələ ondadır ki, Paşinyana ciddi beynəlxalq dəstək verilir. Bu dəstək həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən göstərilir. Avropa Siyasi Birliyinin son sammiti, Emmanuel Makronun Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması, eləcə də ABŞ-nin siyasi dəstəyi bunu təsdiqləyən amillər sırasındadır”.

Siyasətçinin fikrincə, Putin və Rusiya Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın qalib gəlmək ehtimalının yüksək olduğunu anlayır.

“Lakin Moskva bu qələbənin müəyyən siyasi bədəli olacağını ona xatırlatmağa çalışır. Verilən mesaj bundan ibarətdir ki, Paşinyan seçkilərdə qalib gələ bilər, amma bu prosesdə Rusiyanın maraqları nəzərə alınmasa, bunun nəticələri ağır ola bilər. Böyük ehtimalla, bu təzyiqlər həm seçkilərə qədər, həm də ondan sonra davam edəcək. Çünki Rusiya Paşinyanın güclü namizəd olduğunu və qalib gəlmək şansının yüksəkliyini görür. Bununla yanaşı, seçkilərdən sonra onun Rusiya təzyiqlərinə nə dərəcədə müqavimət göstərə biləcəyi zamanla bəlli olacaq. Eyni zamanda Paşinyanın əsas tərəfdaşları olan ABŞ və Avropa İttifaqının ona hansı səviyyədə dəstək verəcəyi də bu prosesdə mühüm rol oynayacaq”, – deyə Tural Gəncəliyev vurğuladı.

Oxşarxəbərlər

İran Küveyti dronla vurdu
Dünya

İran Küveyti dronla vurdu

16/07/2026 15:50
55
ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?
Dünya

ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?

16/07/2026 13:27
53
Uşaq evində dəhşətli yanğın:ÖLƏNLƏR VAR- bu ölkədə
Dünya

Uşaq evində dəhşətli yanğın:ÖLƏNLƏR VAR- bu ölkədə

16/07/2026 13:10
55
Zelenskidən bərbad qərar: Görün nə etdi…
Dünya

Zelenskidən bərbad qərar: Görün nə etdi…

16/07/2026 12:33
53
Zelenskidən bərbad qərar: Görün nə etdi…
Dünya

Zelenskidən bərbad qərar: Görün nə etdi…

16/07/2026 12:33
54
Ekspertdən qorxunc ssenari: Rusiya bu NATO ölkəsinə hücum edə bilər
Dünya

Ekspertdən qorxunc ssenari: Rusiya bu NATO ölkəsinə hücum edə bilər

16/07/2026 12:17
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

16/07/2026 18:58
50
Sumqayıtda zəncirvari qəza: 3 maşın toqquşdu

Sumqayıtda zəncirvari qəza: 3 maşın toqquşdu

16/07/2026 17:59
50
“Stansiya Sumqayıt”da kommunal böhran iddiası: Qaz da kəsilir, işıq da

“Stansiya Sumqayıt”da kommunal böhran iddiası: Qaz da kəsilir, işıq da

16/07/2026 17:48
50
Avqust ayının qeyri-iş günləri- TƏQVİM

Avqust ayının qeyri-iş günləri- TƏQVİM

16/07/2026 17:48
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
59

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
61

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.