Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampla keçirilən görüş zamanı Yaponiyanın baş naziri Sanae Takaiçini ölkənin yenidən hərbiləşdirilməsi siyasətinə görə sərt şəkildə tənqid edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Yaponiya mövzusu müzakirə edilərkən Si Cinpin getdikcə daha sərt və emosional danışmağa başlayıb, hətta səsini qaldırıb. Bu isə amerikalı rəsmiləri təəccübləndirib, çünki həmin məsələ əvvəlcədən müzakirə mövzusu olmayıb.
Mənbələrin sözlərinə görə, Çin liderinin çıxışı iki günlük görüşün ən gərgin və diqqətçəkən məqamına çevrilib.
Buna cavab olaraq Tramp bildirib ki, Yaponiya Şimali Koreyadan qaynaqlanan təhdidlər səbəbindən müdafiə imkanlarını gücləndirməlidir. Bununla belə, onun Çin faktorunu nəzərdə tutub-tutmadığı aydın olmayıb.
Çinin ABŞ-dakı səfirliyi Si Cinpinin sözlərini birbaşa şərh etməsə də, Yaponiyadakı sağçı qüvvələri regionda sabitliyi pozmaqda günahlandırıb.
Diplomatik nümayəndəlik Tokionu yenidən hərbiləşmə siyasətindən imtina etməyə və qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa çağırıb./KONKRET.az













