Transfer çalışmalarına ara verməyən “Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.
Əsas diqqəti azərbaycanlı futbolçulara ayıran bölgə təmsilçisinin növbəti hədəfi də yerli bazardan olub.
Sportinfo.az xəbər verir ki, “şirlər” “Neftçi”nin qapıçısı ilə anlaşıb.
“Ağ-qaralar”ın yetirməsi Nicat Qaragözlü bundan sonra “Şamaxı”nın qapısını qoruyacaq.
2006 doğumlu futbolçu ilə yeni klubu arasında 2 illik müqavilə imzalanıb.
Nicat ötən mövsümü “Neftçi-2”nin heyətində keçirsə də, mütəmadi olaraq əsas komandanın məşqlərində iştirak edib.













