Vətəninfo.az xəbər verir ki, Tehranın prokuroru Əli Salehi biıdirib ki, “İran İslam Respublikasına qarşı son hücumlarla bağlı bütün sifarişçilər, səbəbkarlar, birbaşa icraçılar, şəriklər, köməkçilər və bu hərəkətləri asanlaşdıran şəxslər” barəsində, eyni zamanda Donald Trump, Benjamin Netanyahuya qarşı cinayət işi açıldığını elan edib.
Məlumata görə, prokurorluğun cinayət işi ilə bağlı müraciəti Tehranın beynəlxalq məsələlər üzrə prokurorluğuna göndərilib və bu məsələ ilə bağlı məhkəmə işinin başlanması və ilkin araşdırmaların aparılması üçün lazımi göstərişlər verilib.














