ABŞ-la Ukrayna arasında Cenevrədə davam edən sülh danışıqları zamanı gərginlik artıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, sülh planının müzakirə olunduğu iclasda Ukrayna müdafiə naziri Rüstəm Umerov gərginlikdən əlindəki qələmi sındırıb.
KİV yazır ki, ABŞ Prezidenti Donald Tramp “Rusiyanın istək siyahısı” kimi təsvir edilən planı Ukraynaya qəbul etdirmək üçün təzyiqi artırıb. Trampın təqdim etdiyi 28 maddədən ibarət sülh planı Ukraynanın təhlükəsizlik və suverenlik narahatlıqlarını artıraraq iclası gərginləşdirib.
“Trampın sülh planı Kiyev hökumətində böyük narahatlıq yaradıb. Plana görə, Ukrayna müharibə boyunca 1,5 milyon əsgərini itirməsinə baxmayaraq, müdafiə etdiyi bəzi torpaqları Rusiyaya verməli olacaq. Bundan əlavə, ordusunun gücünü yarıya endirməsi və Qərb tərəfindən təmin olunan bir çox raket sistemlərini silah anbarından çıxarması nəzərdə tutulur”, – Türkiyənin “Sözçü” qəzeti yazıb.














