Sumqayıtda piyada səkiləri asfaltlanır.
Məlumata görə, hazırda işin intensiv getdiyi ərazilərdən biri Koroğlu prospektidir. Burada xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla, piyada yolları təmir edilir. Əvvəlcə səkinin yararsız hissəsi təmizlənir, hamarlanır, daha sonra isə asfalt örtüyü salınır.
Şəhərin digər hissələrində də asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir. Həmçinin yollarda yaranmış çatlar xüsusi materialla doldurulur.
Mənbə: Dünya TV













