Sumqayıtdakı gimnaziyanın məzunu İnci Mursaquliyeva qəbul imtahanında maksimum nəticə göstərib.
Sumqayit24.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilən qəbul imtahanının nəticəsini elan edib.
Nəticələrə əsasən, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu İnci Mursaquliyeva IV ixtisas qrupu üzrə qəbul imtahanından 400 bal toplayıb.
Onu da qeyd edək ki, o, buraxılış imtahanında 290.2 bal toplayıb. Beləliklə hər iki mərhələnin cəminə görə 690.2 bal əldə edib.














