“Sumqayıt” klubunun yeniyetmə qız futbolçuları milliyə dəvət olunublar.
Gündəm24.az AFFA-ya istinadən xəbər verir ki, 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyulun 24-dən 31-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
U-15 millisinə dəvət edilən futbolçuların siyahısında “kimyaçılar”ın üzvləri Fatimə İbrahimzadə, Nazlı Məmmədzadə, Minayə Sadıxova və Zeynəb Cabbarlının da adı var














