Cümə, Noyabr 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şəkər xəstələrinə MÜJDƏ: Bu dərmanlar artıq dövlət hesabına veriləcək -Dilarə İsgəndərova ilə MÜSAHİBƏ

25/11/2026 12:38
Manşet, Müsahibə
792 41
Şəkər xəstələrinə MÜJDƏ: Bu dərmanlar artıq dövlət hesabına veriləcək -Dilarə İsgəndərova ilə MÜSAHİBƏ
690
Paylaşım sayı
958
Baxış sayı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2026-cı il tarixli 391 nömrəli Qərarı ilə şəkərli diabet xəstələrinin dövlət təminatı qaydalarına dəyişiklik edilib. Qərarla 2005-ci il 13 may tarixli 87 nömrəli qərarla təsdiq edilmiş şəkərli diabet xəstələrinə göstərilən illik tibbi yardımın həcmi, zəruri müayinələr, dərman preparatları, insulin və özünənəzarət vasitələrinin siyahısı və təminat normaları yenilənib.

Dəyişikliklər müasir müalicə vasitələrinə əlçatanlığın artırılmasını, uşaqların insulin pompaları və davamlı qlükoza monitorinq sensorları ilə təminatını, dərman təminatının genişləndirilməsini və tibbi müşahidə mexanizminin təkmilləşdirilməsini əhatə edir.

Yeni qərarın xəstələr üçün yaratdığı imkanlar, müalicə prosesindəki yeniliklər və diabetlə yaşayan insanların diqqət etməli olduğu məqamlarla bağlı Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin həkim-endokrinoloqu Dilarə İsgəndərova ilə həmsöhbət olduq.

IMG-20261012-WA0155(1).jpg (1).jpeg (115 KB)

Musavat.com-un suallarını cavabıamdəran Dilarə İsgəndərova ilə müsahibəni təqdim edirik:

– Şəkərli diabet xəstəliyi ilə yaşayan insanlar üçün ən vacib məqam nədir? Xəstəliyi nəzarətdə saxlamaq mümkündürmü?

– Şəkərli diabet düzgün yanaşma və davamlı nəzarət tələb edən xroniki xəstəlikdir. Əsas məqsəd qanda şəkərin səviyyəsini hədəf göstəricilər daxilində saxlamaq və uzunmüddətli ağırlaşmaların qarşısını almaqdır. Bunun üçün xəstə həkimin təyin etdiyi müalicəyə əməl etməli, qidalanmasına diqqət yetirməli və fiziki aktivliyi həyat tərzinin bir hissəsinə çevirməlidir. Pasiyentin müalicə prosesində fəal iştirakı çox vacibdir.

– Yeni qərarla müasir dərman preparatlarına əlçatanlıq da artırılır. Bu baxımdan hansı yenilikləri qeyd edərdiniz?

– Yeni qaydalara əsasən, şəkərsalıcı tablet preparatlarının təminat normaları genişləndirilir. Eyni zamanda, GLP-1 reseptor aqonistləri qrupuna aid preparatların, o cümlədən semaqlutidin təminatı üçün müvafiq mexanizm nəzərdə tutulur. Bu, tibbi göstərişləri olan pasiyentlər üçün müalicə imkanlarının genişləndirilməsi deməkdir. Əlbəttə, preparatın seçimi xəstənin sağlamlıq vəziyyəti, yanaşı xəstəlikləri və fərdi ehtiyacları nəzərə alınmaqla həkim tərəfindən müəyyən edilməlidir.

– Semaqlutid preparatının təminat sisteminə daxil edilməsini necə izah edərdiniz?

– Semaqlutid müasir şəkərsalıcı preparatlardan biridir. O, 2-ci tip şəkərli diabetin müalicəsində istifadə olunur və bəzi pasiyentlərdə bədən çəkisinin idarə olunmasına da kömək edə bilər. Bu preparatın təminat mexanizminə daxil edilməsi uyğun tibbi göstərişi olan xəstələrin müasir müalicə imkanlarından yararlanması baxımından əhəmiyyətlidir. Lakin onun hər bir diabet xəstəsi üçün uyğun olduğunu düşünmək olmaz. Təyinat müvafiq tibbi göstərişlər və ixtisaslaşmış dövlət tibb müəssisəsinin rəyi əsasında həyata keçirilməlidir.

– Özünənəzarət vasitələri ilə təminatın genişləndirilməsi xəstələrin gündəlik həyatında nəyi dəyişəcək?

– Qan şəkərinin mütəmadi ölçülməsi müalicənin düzgün aparılması üçün vacibdir. Yeni təminat normalarına əsasən, qlükometrlər hər üç ildən bir təqdim ediləcək, test-striplərlə təminat isə müalicə kateqoriyalarına uyğun həyata keçiriləcək. İnsulin qələmləri üçün iynələrin illik təminat norması böyüklər üçün 365, uşaqlar üçün isə 730 ədəd müəyyən edilib. Bu vasitələr xəstələrin öz sağlamlıqlarına daha sistemli nəzarət etməsinə imkan yaradır.

– Yeni qaydalarda elektron resept mexanizmi də nəzərdə tutulur. Bu proses necə həyata keçiriləcək?

– Yeni qaydalara əsasən, dərman preparatları və tibbi vasitələrin alınması üçün resept endokrinoloqun müəyyən etdiyi müalicə sxeminə uyğun olaraq ailə həkimi tərəfindən ayda bir dəfə elektron formada tərtib ediləcək. Əgər xəstənin sağlamlıq vəziyyətində dəyişiklik və ya əlavə şikayətlər yaranarsa, ailə həkimi onu müvafiq ixtisaslaşdırılmış tibbi xidmətə yönləndirəcək. Bu mexanizm müalicə prosesinin daha sistemli və ardıcıl təşkilinə xidmət edir.

– Şəkərli diabet hansı ağırlaşmalara səbəb ola bilər və onların qarşısını almaq üçün hansı müayinələr vacibdir?

– Qanda şəkərin uzun müddət yüksək olması damar sisteminə, böyrəklərə, gözlərə və sinir sisteminə mənfi təsir göstərə bilər. Buna görə də xəstəliyə yalnız qanda şəkərin səviyyəsi baxımından yanaşmaq düzgün deyil. Yeni qaydalarda endokrinoloq, oftalmoloq və ümumi cərrah müayinələri də nəzərdə tutulur. Endokrinoloq müayinəsinin dövriliyi xəstənin müalicə kateqoriyasına uyğun müəyyən edilir, oftalmoloq və ümumi cərrah müayinəsi isə ildə bir dəfə həyata keçirilir. Bu müayinələr mümkün ağırlaşmaların vaxtında aşkarlanmasına və müvafiq tədbirlərin görülməsinə kömək edir.

– Şəkərli diabet xəstələrinə gündəlik həyat tərzi ilə bağlı hansı tövsiyələri verərdiniz?

– İlk növbədə, qidalanma rejiminə əməl etmək, şəkərli və yüksək kalorili qidaların qəbulunu məhdudlaşdırmaq, tərəvəzlərə və balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Müntəzəm fiziki aktivlik və bədən çəkisinin nəzarətdə saxlanılması da mühüm əhəmiyyət daşıyır. Xəstələr dərmanlarını vaxtında qəbul etməli, müayinələrini gecikdirməməli və özbaşına müalicə dəyişikliyi etməməlidirlər. Unutmaq olmaz ki, xəstəliyin uğurlu idarə olunması həkimlə pasiyentin birgə məsuliyyətidir.

– Sonda yeni qərarın əhəmiyyəti ilə bağlı fikirlərinizi bölüşərdiniz.

– Şəkərli diabet xəstələrinin dövlət təminatının genişləndirilməsi müasir müalicə imkanlarına əlçatanlığın artırılması, xəstələrin mütəmadi tibbi müşahidəsinin gücləndirilməsi və ağırlaşmaların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Ən vacib məqam odur ki, xəstələr yaradılan imkanlardan düzgün istifadə etsin və sağlamlıqlarına məsuliyyətlə yanaşsınlar. Vətəndaşların sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya, səhiyyə sahəsində həyata keçirilən islahatlara görə ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk.

 

Oxşarxəbərlər

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar
İqtisadiyyat

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar

26/11/2026 18:30
959
Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü
Hadisə

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

26/11/2026 17:54
962
Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi
CƏMİYYƏT

Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi

26/11/2026 17:44
954
Bakı məktəbinə yeni direktor TƏYİNATI
CƏMİYYƏT

Bakı məktəbinə yeni direktor TƏYİNATI

26/11/2026 17:26
958
Manaf Ağayevin görüntüləri REZONANS DOĞURDU- VİDEO
Manşet

Manaf Ağayevin görüntüləri REZONANS DOĞURDU- VİDEO

26/11/2026 17:23
957
Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunur – AÇIQLAMA
CƏMİYYƏT

Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunur – AÇIQLAMA

26/11/2026 17:20
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar

26/11/2026 18:30
959
Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

26/11/2026 17:54
962
Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi

Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi

26/11/2026 17:44
954
Bakı məktəbinə yeni direktor TƏYİNATI

Bakı məktəbinə yeni direktor TƏYİNATI

26/11/2026 17:26
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
961

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
958

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
965

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

23/11/2026 09:04
968

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.