Şamaxıda tanınmış həkim vəfat edib.
Gündəm24.az Oxu.az-a istinadən xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-terapevt kimi fəaliyyət göstərmiş Bəxtiyar Abbasov dünyasını dəyişib.
Qeyd edək ki, Bəxtiyar Abbasov 1998-2006-cı illərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində də fəaliyyət göstərib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri kimi ictimai-siyasi fəaliyyətdə iştirak edib. 2009-2019-cu illərdə isə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.















