Bazar ertəsi, İyul 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏCİLİ! Nüvə müharibəsi BU TARİXDƏ olacaq – Elan edildi!

13/05/2026 19:12
Dünya
51 4
TƏCİLİ! Nüvə müharibəsi BU TARİXDƏ olacaq – Elan edildi!
69
Baxış sayı

“Yeni dünya müharibələri nüvə silahı ilə olacaq” – Mark Voycerdən qlobal təhlükəsizlik xəbərdarlığı

Polşa, Litva, Latviya, Estoniya və Rumıniya ABŞ prezidenti Donald Trampın Almaniya və digər ölkələrdən çıxarmaq niyyətində olduğu Amerika qoşunlarını öz ərazilərində yerləşdirmək üçün ciddi səy göstərirlər. “Politico” nəşrinin məlumatına görə, NATO-nun şərq cinahında yerləşən azı beş ölkə Amerika hərbçilərini qəbul etməyə tələsir. Rusiya ilə həmsərhəd olan bu müttəfiqlər, xüsusilə Ukraynadakı müharibədən sonra ABŞ qoşunlarını öz təhlükəsizliklərinin əsas qarantı və Moskvanın revanşist meyillərinə qarşı çəkindirici amil kimi görürlər.

KONKRET.az xəbər verir ki, Tramp bir müddət əvvəl İtaliya və İspaniyanın ABŞ-a Hörmüz boğazının açılmasında və İrana qarşı əməliyyatlarda kömək etməməsindən narazılığını ifadə edərək, qoşunların bu ölkələrdən çıxarılması məsələsini gündəmə gətirib. O, İtaliyanın Siciliyadakı aviabazasından silah daşıyan təyyarələr üçün istifadəyə icazə verməməsini və İspaniyanın öz hava məkanını bağlamasını kəskin tənqid edərək NATO-nu bu kontekstdə “kağız pələng” adlandırıb. Hazırda ABŞ-ın Almaniyada 36 500, İtaliyada 12 500, İspaniyada isə 3 800-dən çox hərbçisi var.

Qərb analitikləri hesab edirlər ki, ABŞ qoşunlarının Avropadan çıxarılması Şimali Atlantika Alyansından gedişin və Fars körfəzində yeni regional təhlükəsizlik blokunun yaradılmasının başlanğıcı ola bilər. Belə bir ssenaridə ABŞ-ın “Yaxın Şərq NATO-su” yaratmaq planı ön plana çıxır. Bu bloka İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Oman və Bəhreynin daxil olacağı gözlənilir. Amerika bu strateji regionun zəngin neft ehtiyatlarını və ticarət yollarını qorumaqla yanaşı, İsraillə birlikdə ərəb dünyasının “müdafiəçisi” rolunda çıxış etməyi hədəfləyir.

Tanınmış amerikalı politoloq və qlobal təhlükəsizlik eksperti Mark Voycer haqqin.az-a müsahibəsində bildirib ki, ABŞ-ın NATO-dan çıxması həm Avropa, həm də Vaşinqtonun özü üçün fəlakətli ola bilər. Voycerin fikrincə, Tramp NATO-nun mahiyyətini və qlobal təhlükəsizlik sistemini tam anlamır, Avropa müttəfiqlərinə yalnız “maddi yük” kimi baxır. Lakin ekspert xatırladır ki, 11 sentyabr hadisələrindən sonra NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsi məhz ABŞ-ın xahişi ilə aktivləşdirilib və bütün müttəfiqlər Əfqanıstanda Amerika ilə çiyin-çiyinə döyüşüblər.

Ekspert vurğulayır ki, ABŞ sistemi və Konqresin qəbul etdiyi qanunlar prezidentin NATO-dan birtərəfli qaydada çıxmaq imkanlarını məhdudlaşdırır. O hesab edir ki, Trampın bu çıxışları daha çox müttəfiqləri müdafiə xərclərini artırmağa məcbur etmək üçün bir strategiya ola bilər. Çünki NATO-dan çıxmaq ABŞ-ın Avropadakı hərbi bazalarına çıxışını itirməsi və qlobal müdafiə sisteminin çöküşü deməkdir.

Mark Voycer “Yaxın Şərq NATO-su” ideyasına da skeptik yanaşır. Onun sözlərinə görə, körfəz ölkələrinin zənginliyi onların döyüş qabiliyyətinin yüksək olması demək deyil. Səudiyyə Ərəbistanının illərdir Yəməndəki husilərlə bacarmaması buna sübutdur. NATO-nun zəifləməsi isə avtomatik olaraq Rusiyanın və onun müttəfiqi olan İranın mövqelərini gücləndirəcək ki, bu da ərəb ölkələrinin maraqlarına ziddir. Voycer xəbərdarlıq edir ki, ABŞ-ın təcrid olunması dünyada yeni münaqişələrin alovlanmasına və 20-ci əsrin dünya müharibələrinin bu dəfə nüvə silahı ilə təkrarlanmasına səbəb ola bilər.

Oxşarxəbərlər

İstanbulda PUA həyəcanı
Dünya

İstanbulda PUA həyəcanı

20/07/2026 15:17
53
İran XİN-dən sərt bəyanat: “İŞİD kimi…”
Dünya

İran XİN-dən sərt bəyanat: “İŞİD kimi…”

20/07/2026 14:54
53
Baş nazir istefa verdi – Bu ölkədə
Dünya

Baş nazir istefa verdi – Bu ölkədə

20/07/2026 14:30
52
Türkiyədən onlara SƏRT BƏYANAT: “Kiprdən əl çəkməyəcəyik”
Dünya

Türkiyədən onlara SƏRT BƏYANAT: “Kiprdən əl çəkməyəcəyik”

20/07/2026 12:28
55
İsrail döyüş əmri verdi – “Dərhal başlayacağıq”
Dünya

İsrail döyüş əmri verdi – “Dərhal başlayacağıq”

20/07/2026 12:22
52
Ukraynada hakimiyyət dəyişikliyi gündəmdə: Zelenski istefa verə bilər…
Dünya

Ukraynada hakimiyyət dəyişikliyi gündəmdə: Zelenski istefa verə bilər…

20/07/2026 11:57
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İstanbulda PUA həyəcanı

İstanbulda PUA həyəcanı

20/07/2026 15:17
53
Kommunal ödənişlərdən kimlər azad oluna bilər? – VACİB AÇIQLAMA

Kommunal ödənişlərdən kimlər azad oluna bilər? – VACİB AÇIQLAMA

20/07/2026 15:07
53
ASAN xidmətlə bağlı YENİ XƏBƏR – Belə olacaq

ASAN xidmətlə bağlı YENİ XƏBƏR – Belə olacaq

20/07/2026 15:04
54
İran XİN-dən sərt bəyanat: “İŞİD kimi…”

İran XİN-dən sərt bəyanat: “İŞİD kimi…”

20/07/2026 14:54
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

20/07/2026 11:02
72

Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

17/07/2026 10:18
67

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
72

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.