Xatırladaq ki, Donald Tramp bundan əvvəl İrandan heç vaxt nüvə silahı hazırlamayacağına dair hələlik bir vəd almadığını bildirmişdi.
Gündəm24.az Geo News-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ hökumətinin İranın raket və nüvə proqramı, eləcə də iğtişaşlarla bağlı iddialarını “böyük yalan” adlandırıb. O, X sosial şəbəkəsində yazıb ki, ABŞ-ın açıqlamaları sadəcə təkrarlanan yalandır.
Bəqayi bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı hazırlayacağına dair heç bir zəmanət almayıb və iddia edir ki, İran artıq Avropaya çata bilən raketlər üzərində işləyir və ABŞ-ı hədəf alan raketlər hazırlayır.
İranda etirazlar 2025-ci ilin dekabrında milli valyutanın devalvasiyası ilə başlayıb və sonradan hökumətə qarşı geniş iğtişaşlara çevrilib. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər qeydə alınıb, İran hakimiyyəti isə ABŞ və İsraili etirazların təşkilində günahlandıraraq, 12 yanvarda vəziyyətin nəzarət altına alındığını açıqlayıb.
Sədaqət Həsənova













