Tasnim xəbər agentliyinin məlumatına görə, saxlanılanlar “ölkədə kütləvi iğtişaşların təşkilində əsas rol oynayıblar”.
Gündəm24.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xüsusi xidmət orqanları İranın şimal-şərqindəki Şimali Xorasan əyalətində İsrail kəşfiyyat agentliyi Mossadla əlaqəli olduğu güman edilən iki nəfəri saxlayıb. Bu barədə Tasnim agentliyi mənbəyə istinadən məlumat verib.
Xəbər agentliyinin məlumatına görə, saxlanılanlar “ölkədə kütləvi iğtişaşların təşkilində əsas rol oynayıblar”. Mənbə qeyd edib ki, axtarış zamanı şübhəlilərdən rabitə vasitələri, kiçik silahlar və sursat müsadirə edilib.
Dekabrın 29-da İran rialının məzənnəsinin kəskin düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başladılar. Dekabrın 30-da tələbələr iğtişaşlara qoşuldular. İğtişaşlar əksər böyük şəhərlərə yayıldı.
Etirazlar 8 yanvar axşamı pik həddə çatdı. Bu zaman iğtişaşçıların hərəkətləri nəticəsində bir uşaq da daxil olmaqla ən azı 13 mülki şəxs həlak oldu. Hakimiyyət orqanları 38 hüquq-mühafizə orqanı əməkdaşının ölümünü bildirdi. Tehran meri Əlirza Zəkani iğtişaşçıların 25 məscidi yandırdığını, 26 banka, üç tibb mərkəzinə, 10 hökumət binasına, 100-dən çox yanğınsöndürmə maşınına, avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər verdiyini bildirdi. İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandırdı və iğtişaşların təşkilində İsrail və ABŞ-ı günahlandırdı.
Sədaqət Həsənova














