İran xarici işlər naziri: Vaşinqtonun hücumu halında ABŞ torpağına hücum etmək ehtimalı yoxdur, amma biz onun bölgədəki bazalarına hücum edəcəyik.
Gündəm24.az xəbər verir ki, Sputnik İran agentliyinin məlumatına görə, xarici işlər naziri Seyid Abbas Əraqçi “Əl-Cəzirə”yə verdiyi müsahibədə bildirib ki, İran qonşu ölkələrə hücum etmir, yalnız bölgədə yerləşən ABŞ bazalarını hədəf alır və bu iki hərəkət arasında böyük fərq var. O, zənginləşdirilmiş uran proqramının mübahisəsiz hüquq olduğunu və davam edəcəyini vurğulayıb, raket proqramının isə müdafiə məsələsi olduğunu qeyd edib.
Əraqçi həmçinin danışıqların ikinci mərhələsi üçün konkret tarix təyin edilmədiyini, zənginləşdirilmiş uranın İrandan çıxarılmayacağını və amerikalılarla dolayı olsa da ünsiyyət imkanlarının yarandığını açıqlayıb.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.