Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev birgə bəyanat imzalayıblar. Sonra iki ölkə liderlərinin iştirakı ilə Ermənistan və Qazaxıstan arasında müəyyən sənədlər imzalanıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, hökumətlər arasında bir sıra sənədlər mübadilə olunub.
Həmin razılaşmalardan bəziləri aşağıdakı kimidir:
“Gizli məlumatların ötürülməsi, istifadəsi, qorunması və təhlükəsizliyi barədə saziş;
Ermənistanda Qazaxıstan Respublikasının və Qazaxıstanda Ermənistan Respublikasının diplomatik nümayəndəlik binalarının tikilməsi üçün torpaq sahələrinin qarşılıqlı verilməsi barədə saziş;
Ticarət-iqtisadi əməkdaşlıq üzrə 2026–2030-cu illər üçün yol xəritəsi”.














