ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti Isaak Hersoq haqqında sərt açıqlama verib və onu “utanc mənbəyi” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, İsrailin “Kanal 12” telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, Hersoq onu məyus edib və baş nazir Benyamin Netanyahunun əfv olunması ilə bağlı verdiyi vədi yerinə yetirməyib.
O, həmçinin vurğulayıb ki, İsrailin baş nazirinin diqqətini hazırda İranla davam edən müharibədən yayındıracaq heç bir amil olmamalıdır.
Tramp əlavə edib ki, Netanyahuya qarşı hüquqi proseslər onun ölkəni idarə etməsinə mane olmamalı və bu məsələ mümkün qədər tez həll edilməlidir.














