ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə daha əvvəl silinmiş sabiq prezident Barak Obama və xanımı ilə bağlı paylaşıma münasibət bildirib.
Gündəm24.az Axar.az-a istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırıb.
ABŞ prezidenti paylaşımı nəzərdən keçirdiyini, lakin yalnız ilk hissəsinə baxdığını deyib:
“Paylaşım Corciya ştatında seçki saxtakarlığı və səsvermə maşınları ilə bağlı olub. Sonunda insanların xoşlamadığı bir şəkil var imiş. Mən də onu bəyənməzdim, amma görməmişdim”.
Tramp əlavə edib ki, paylaşımın ilk hissəsini seçki saxtakarlığı və sistemdəki pozuntular barədə olduğu üçün aidiyyəti şəxslərə ötürüb:
“Adətən onlar bütün məzmunu yoxlayırlar, amma görünür kimsə bunu etməyib və paylaşım yayımlanıb. Biz də sonra onu sildik”.














