“Ukraynada münaqişə mart ayına qədər bitə bilər, çünki Kiyev ABŞ-ın təzyiqi altındadır”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ukraynalı deputat Fedir Venislavski deyib.
“Əminəm ki, müharibə başa çatır. Bu, şübhəsiz ki, qısamüddətli, uzunmüddətli deyil, perspektivdir. Müharibə əlbəttə ki, illərlə davam etməyəcək”, – o vurğulayıb.
Parlamentarinin sözlərinə görə, ABŞ tərəfi silahlı qarşıdurmanı dayandırmaq üçün hər cür səy göstərməyə çalışır.














