Polşanın TVN telekanalında yayımlanan “The Floor” oyun şousu böyük müzakirəyə səbəb olub.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, verilişdə göstərilən Şərqi Avropa xəritəsində Ukrayna al-qırmızı rənglə işarələnib, amma Krım yarımadası həmin kontura daxil edilməyib. Bu isə vizual olaraq Krımın Rusiya ərazisi kimi təqdim olunması mənasına gəlib.
Xəritədə daha bir diqqətçəkən detal Abxaziya və Cənubi Osetiyanın ayrıca göstərilməsi olub. Polşa da daxil olmaqla Avropa İttifaqı bu qurumların müstəqilliyini tanımır, lakin xəritədə onların sərhədləri nöqtəli xəttlə ayrılıb. Eyni üsulla Serbiya–Kosovo sərhədi də göstərilib.
Xatırladaq ki, Polşanın baş naziri Donald Tusk ABŞ-ın təklif etdiyi sülh planında Krım və Donbasın Rusiya ərazisi kimi tanınmasını qəbuledilməz saydığını bildirib.














