Çərşənbə axşamı, İyul 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu – VİDEO

20/12/2025 11:27
Gündəm
51 4
Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu – VİDEO
69
Baxış sayı

Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch’s Design” sənədli filminin rəsmi nümayişi olub.

Gündəm24.az xəbər verir ki, ekran əsərinin təqdimatında Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər.

Filmin təqdimatından əvvəl çıxış edən “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri haqqında məlumat verib. O bildirib ki, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZ Investigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündə ehtiva edən ekran işidir.

Rüfət Həmzəyev diqqətə çatdırıb ki, “The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvar ayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi 10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlb olunub. Həmçinin filmin bir sıra epizodları mürəkkəb şəraitdə ərsəyə gətirilib.

Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub. Bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

Həmçinin diqqətə çatdırılıb ki, “AnewZ Investigations” platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

“AnewZ” Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şoun çıxışında filmin 4 əsas istiqamətdən ibarət olduğunu deyib: “Birinci fəsil maliyyə arxitekturasına həsr olunub. Araşdırmalar Böyük Britaniya, Litva və Amerika Birləşmiş Ştatlarında aparılıb və “Troyka” sistemi çərçivəsində ofşor strukturlar, vasitəçi banklar və “qabıq” şirkətlərin fəaliyyəti araşdırılır. İkinci fəsil xeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır. Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistanda aparılıb. Bu fəsil xeyriyyə narrativlərinin elit siyasi və mədəni mühitlərlə necə kəsişdiyini beynəlxalq legitimlik və reputasiyanın hansı mexanizmlərlə formalaşdığını nümayiş etdirir. Üçüncü fəsil Ukraynada müharibə şəraitində hazırlanıb. Rusiyanın genişmiqyaslı işğalı fonunda logistika sanksiyaları və maliyyə şəbəkələrini təhlil edir. Bu hissə sahə reportajına təhlükəsizlik yanaşmasına və siyasətçilərlə analitiklərin birbaşa şahid ifadələrinə əsaslanır. Dördüncü və son fəsil yenidən Cənubi Qafqaz regionuna qayıdır. Azərbaycan və Ermənistanda aparılan çəkilişlər xarici maliyyə və siyasi mexanizmlərin regional səviyyədə siyasi və təhlükəsizlik mühitinə real təsirlərini ortaya qoyur”.

Onun sözlərinə görə, bütün fəsillər demək olar ki, eyni prinsiplərlə hazırlanıb. Film sübut və kontekst təqdim edir. Lakin nəticələri diktə etmir.

Sonra qonaqlar “The Oligarch’s Design” sənədli filmini izləyiblər.

Film xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırır.

Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.

Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat), eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır. Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarla dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi təsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyi materiallar filmin faktoloji əsasının tərkib hissəsini təşkil edir.

Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” nümayiş olundu - VİDEO

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
55
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
63
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
58
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
55
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
66
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pünhan Piriyevin ölüm xəbəri yayıldı – VİDEO

Pünhan Piriyevin ölüm xəbəri yayıldı – VİDEO

14/07/2026 16:45
51
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

14/07/2026 16:39
50
Flora Kərimovanın son durumu açıqlandı

Flora Kərimovanın son durumu açıqlandı

14/07/2026 16:31
51
Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – (Video)

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – (Video)

14/07/2026 16:31
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
58

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.