Siyahıda Rusiyanın “Matrix” şirkəti, Dubayda yerləşən “Advance Security Solutions” və “Special Technology Services” şirkətləri də var.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) üç Rusiya vətəndaşı, bir Özbəkistan vətəndaşı, həmçinin Rusiya və BƏƏ-dən olan üç şirkətə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb. Qurumun yaydığı bəyanatda bildirilir ki, bu addım kibertəhlükəsizlik təhdidləri ilə əlaqədar atılıb və adıçəkilən şəxslər sanksiya siyahısına daxil edilib.
Sanksiya siyahısına salınan Rusiya vətəndaşları Oleq Kuçerov, Marina Vasanoviç və Sergey Zelenyukdur. Hüquqi şəxslər arasında Rusiyada fəaliyyət göstərən “Matrix” şirkəti, eləcə də Dubayda qeydiyyatdan keçmiş “Advance Security Solutions” və “Special Technology Services” şirkətləri yer alır. ABŞ tərəfi bu qurum və şəxslərin kibertəhdidlərlə əlaqəli fəaliyyət göstərdiyini vurğulayıb.
Sədaqət Həsənova













