“Ukrayna Prezideti Volodimir Zelenski və onun keçmiş aparat rəhbəri Andrey Yermak cəzalandırılmalıdır”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Kortez deyib.
“Hər ikisinin təkcə öz xalqlarına qarşı deyil, həm də ABŞ-a qarşı cinayətlərə görə mühakimə olunmasının vaxtı çatıb”, – o bildirib.
Stiv Kortez həmçinin Vaşinqtonu Kiyevə maliyyə dəstəyini dayandırmağa çağırıb.
Qeyd edək ki, noyabrın 28-də Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermakın mənzilində axtarışlar aparılıb. Elə həmin gün Zelenski Yermakın işdən çıxarıldığını elan edib.














