Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xeyirli bildiyimiz kənd südü əslində zərərlidirmi? – Ekspert DANIŞDI

17/12/2025 09:00
Manşet, Müsahibə
56 2
Xeyirli bildiyimiz kənd südü əslində zərərlidirmi? – Ekspert DANIŞDI
74
Baxış sayı

“Ev südü və süd məhsullarının bazarlarda, insanların sıx toplaşdığı yerlərdə, bəzən isə məhəllə marketlərində plastik qablarda satıldığını tez-tez müşahidə edirik. Hətta ailə üzvlərimizdən bəzilərinin də bu cür məhsullardan istifadə etdiyini görürük. Ancaq bu, qida təhlükəsizliyi və qanunvericilik baxımından düzgün deyil. Çünki plastik qablarda süd satılmadan əvvəl bu qabların əvvəlki istifadəsi ilə bağlı müəyyən suallar ortaya çıxır. Bu qablar əvvəlcə hansı məhsul üçün istifadə olunub? Məsələn, qazlı içkilər, şirələr və ya başqa maddələr olmuş ola bilər. Biz bu barədə məlumatlı deyilik”.

Gündəm24.az  Redaktor.az-a  istinadən xəbər verir ki, qida eksperti İlkin Şirinov süd və süd məhsullarının plastik qablarda satılmasından danışarkən bildirdi.

Qabların tam sterilizə edilməsi və təmizlənməsi məsələsinə gəlincə, müsahibimiz dedi ki, bu, praktiki olaraq mümkün deyil:

“Çünki plastik qablarda dar boğaz olduğu üçün onların içini tam şəkildə təmizləmək çox çətindir. Adətən, bu cür qablar yalnız ilıq su ilə yuyula bilir və bu da onların tam təmizlənməsi üçün yetərli deyil. Süd isə risk qrupuna daxil olan məhsul olduğuna görə, hər hansı bir qalıq maddə bu cür qabdan südün tərkibinə keçə bilər. Bu da, uzun müddət istifadə edildikdə, insan sağlamlığına zərər verə bilər, xüsusən allergik reaksiyalar, mədə-bağırsaq problemləri və digər sağlamlıq fəsadlarına səbəb ola bilər. Bir digər təhlükə də plastik qablarda südlərin günün altında saxlanılması məsələsidir. Qeyd etmək lazımdır ki, birdəfəlik istifadə olunan plastik butulkalar, məsələn, pet butulkalar, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Bu cür qablar günəş şüalarının altında saxlanıldıqda, kimyəvi maddələrin və bakteriyaların inkişafına səbəb ola bilər. Plastik butulkaların içərisindəki kimyəvi maddələr südün tərkibinə keçə bilər. Bu, xüsusən E.coli və Salmonella kimi təhlükəli bakteriyaların inkişafına şərait yarada bilər”.

İlkin Şirinov qeyd etdi ki, qanunvericiliyə görə, süd yalnız şəffaf şüşə butulkalarda satılmalıdır, çünki şüşə qablar plastikdən fərqli olaraq, maddələrin keçməsinə və bakteriyaların çoxalmasına imkan vermir.

“Bir çox süd istehsalçıları bu qaydalara əməl edərək məhsullarını şüşə qablarla satmağa üstünlük verirlər. Bu vəziyyətdən belə bir nəticəyə gəlmək olar ki, birdəfəlik istifadə olunan plastik qablarda südlərin satışına yol verilməməlidir. Süd, təbii və həssas bir məhsul olduğuna görə, onun tərkibinin dəyişməsi və ya mikrobial çirklənməsi insan sağlamlığına ciddi təhlükə yarada bilər. Bu, xüsusən allergik insanlar, hamilə qadınlar və uşaqlar üçün daha böyük risklər daşıyır. Buna görə də, südün düzgün şəkildə saxlanılması və satılması üçün yalnız xüsusi, sağlamlıq üçün təhlükəsiz qabların istifadəsi zəruridir”, – deyə o yekunlaşdırdı.

Oxşarxəbərlər

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
Manşet

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
67
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib
Dünya

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56
Prezident dövlət qurumları ilə bağlı mühüm fərman imzaladı
Manşet

Prezident dövlət qurumları ilə bağlı mühüm fərman imzaladı

20/02/2026 16:45
54
Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu
Dünya

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55
Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib
Dünya

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54
Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib
Dünya

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
60
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
67

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In