Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, “Yaşıldərə” yaşayış massivində yaşıllıq sahəsində yanğın baş verib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar və yanğın söndürülüb.