Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin xanımı Zəhra Quliyeva boşanma söhbətini yenidən gündəmə gətirib.
Gündəm24.az xəbər verir ki, keçmiş teleaparıcı izləyicilərindən gələn sualları cavablandırarkən ona ünvanlanan “Ailəlisiniz, yoxsa subay” sualını paylaşıb.
Z.Quliyevanın bu sualı 4 sözlə cavablandırıb: “Şəxsi sərhədlərə diqqət edək”.
Cütlüyün boşanma söhbəti bu il yanvarın 23-də ortaya çıxmışdı.
İddiaya görə, birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.
Z.Quliyeva ozamankı paylaşımlarında buna münasibət bildirmişdi: “Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin”.















