Cümə axşamı, Mart 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zakir Həsənov: “44 günlük Vətən müharibəsində…”

19/03/2026 17:31
CƏMİYYƏT
41 2
Zakir Həsənov: “44 günlük Vətən müharibəsində…”
55
Baxış sayı
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!  Sizi xalqımızın milli-mənəvi və mütərəqqi islami dəyərlərini özündə yaşadan Novruz bayramı və mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. 

Gündəm24.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verdiyi kimi, müqəddəs Ramazan bayramı da xalqımızın humanizm prinsiplərinə sadiqliyini, mərhəmət və mənəvi kamillik dəyərlərini özündə təcəssüm etdirir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrimizi qoruyub saxlayıb. Tarixin ən sərt mərhələlərində belə xalqımız Novruzun gəlişini, müqəddəs Ramazan bayramını özünəməxsus coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edib. Odlar yurdu Azərbaycanda Novruz və Ramazan bayramlarının ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsidir.
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil respublikamızda vətəndaş həmrəyliyinə nail olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Prioritet istiqamətlərdən hesab edilən ölkəmizin hərbi qüdrətinin və ordumuzun peşəkarlığının daha da artırılması məqsədilə atılan addımlar həyata keçirilən islahatların əsas hissələrindəndir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artmış, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.
Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı döyüş əməliyyatlarında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın inamlı və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun qüdrəti sayəsində parlaq Qələbə qazandıq, respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdik.
Ötən il Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasında mühüm rol oynayacaqdır.
Rəşadətli Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərdə Vətənimizin keşiyində mətinliklə dayanmaqla genişmiqyaslı bərpa-quruculuq işlərinin icrasına layiqli töhfələr verməkdədir.
Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bötövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi Novruz və Ramazan bayramları ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhidlərin valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları əlamətdar günlər münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu mübarək bayramlar gəlişi ilə ölkəmizə əmin-amanlıq, ailələrimizə xoşbəxtlik, süfrələrimizə bol ruzi-bərəkət gətirsin.
Bir daha hər birinizi Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.
Novruz və Ramazan bayramlarınız mübarək olsun!

Azərbaycan Respublikasının müdafiə naziri

general-polkovnik Zakir Həsənov

Oxşarxəbərlər

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də…
CƏMİYYƏT

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də…

19/03/2026 21:17
50
Zaur Əliyev vəzifəsini itirdi
CƏMİYYƏT

Zaur Əliyev vəzifəsini itirdi

19/03/2026 20:54
51
Bakı şəhər icra hakimiyyəti başçısının maaşı ARTIRILDI – 13200 manat
CƏMİYYƏT

Bakı şəhər icra hakimiyyəti başçısının maaşı ARTIRILDI – 13200 manat

19/03/2026 20:53
51
Baş Nazirin maaşı ARTIRILDI – 17160 manat
CƏMİYYƏT

Baş Nazirin maaşı ARTIRILDI – 17160 manat

19/03/2026 20:44
50
Kamran Əliyevin aylıq maaşı QALDIRILDI
CƏMİYYƏT

Kamran Əliyevin aylıq maaşı QALDIRILDI

19/03/2026 20:32
50
Bankdan kredit götürmək istəyənlər OXUSUN: Əgər pay torpağınız varsa…
CƏMİYYƏT

Bankdan kredit götürmək istəyənlər OXUSUN: Əgər pay torpağınız varsa…

19/03/2026 17:45
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də…

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də…

19/03/2026 21:17
50
Zaur Əliyev vəzifəsini itirdi

Zaur Əliyev vəzifəsini itirdi

19/03/2026 20:54
51
Bakı şəhər icra hakimiyyəti başçısının maaşı ARTIRILDI – 13200 manat

Bakı şəhər icra hakimiyyəti başçısının maaşı ARTIRILDI – 13200 manat

19/03/2026 20:53
51
Baş Nazirin maaşı ARTIRILDI – 17160 manat

Baş Nazirin maaşı ARTIRILDI – 17160 manat

19/03/2026 20:44
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi ümumşəhər bayram tədbirində iştirak edib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi ümumşəhər bayram tədbirində iştirak edib-FOTOLAR

19/03/2026 15:12
55

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

16/03/2026 17:50
78

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
71

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.