Şənbə, Aprel 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident bir sıra sənədləri imzaladı

15/01/2026 15:03
Manşet, Siyasət
50 1
Prezident bir sıra sənədləri imzaladı
64
Baxış sayı

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə 23 dekabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Gündəm24.az xəbər verir ki, fərmana əsasən, Azərbaycanda enerji effektivliyi informasiya sistemi yaradılır.

Sistemin sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirir.

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.

Gündəm24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi Mülki və Ticarət Gəmiçiliyi Məcəllələrində, eləcə də “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Gündəm24.az xəbər verir ki, sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsindən irəli gələrək hazırlanıb, uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir.

Belə ki, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

İndiyə qədər nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair münasibətlər əsasən Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi və “Nəqliyyat haqqında” qanunla tənzimlənib. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanunla bu sahənin qanunvericilik bazası genişlənir və təkmilləşdirilir. Bundan irəli gələrək dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir (normativ hüquqi çərçivə müəyyən edilir). Bu cür dəyişiklik nəqliyyat-ekspedisiya xidmətləri sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları arasında əlaqələndirmənin yaradılmasına və hüquq tətbiq etmə praktikasında yarana biləcək məsələlərin tənzimlənməsinə imkan yaradır.

Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib.

Gündəm24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı barədə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcəklər. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Eyni zamanda tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.

Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiq və təqdim edəcək.

Gündəm24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Sənədə əsasən, hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilib.

Buna uyğun olaraq, “Hakimlərin xidməti vəsiqəsi haqqında” qanunun və həmin qanun təsdiq edilən eyniadlı Əsasnamə ləğvi təklif olunub.

Xatırladaq ki, buna qədər hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi.

Oxşarxəbərlər

Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar
Manşet

Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar

25/04/2026 12:08
56
Baş nazir yeni əmr imzaladı
Manşet

Baş nazir yeni əmr imzaladı

24/04/2026 16:06
54
Əli Əsədov əmr imzaladı
Manşet

Əli Əsədov əmr imzaladı

24/04/2026 15:59
55
İlham Əliyev fərman imzaladı
Manşet

İlham Əliyev fərman imzaladı

24/04/2026 13:50
56
Prezident Samir Şərifova yeni vəzifə verdi – SƏRƏNCAM
Manşet

Prezident Samir Şərifova yeni vəzifə verdi – SƏRƏNCAM

24/04/2026 12:28
57
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
Manşet

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

24/04/2026 12:19
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Böyük hücum başladı – İsrail bu dəfə DAYANMAYACAQ

SON DƏQİQƏ! Böyük hücum başladı – İsrail bu dəfə DAYANMAYACAQ

25/04/2026 16:31
65
Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
58
İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək — XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək — XƏBƏRDARLIQ

25/04/2026 15:24
55
Məhərrəm ayı bu tarixdə başlayacaq

Məhərrəm ayı bu tarixdə başlayacaq

25/04/2026 14:46
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
76

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.