ABŞ prezidenti Donald Tramp ölkəsinin İsrail ilə münasibətləri ilə bağlı “Əgər Donald Tramp olmasaydı, İsrail məhv olardı” deyərək İsrailin Livana hücumunun qarşısını ala biləcəyi ilə bağlı suala cavab verdi. Təxminən eyni vaxtda Netanyahudan da açıqlama gəldi.
Gündəm24.az Axios-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrail və Baş nazir Binyamin Netanyahu ilə münasibətləri barədə diqqətçəkən açıqlamalar verib. Tramp bildirib ki, Netanyahudan soruşulsaydı, İsrailin bomba və silahlar da daxil olmaqla hər şeyə sahib olduğunu deyəcəyini qeyd edərək, “Donald Tramp olmasaydı, İsrail məhv olardı” ifadəsini işlədib.
ABŞ prezidenti Netanyahu ilə münasibətlərinə də toxunaraq, “Münasibətlərimiz yaxşıdır, amma onu daha ağlabatan səviyyədə saxlamalıyıq” deyə bildirib.
Livanla bağlı suala cavab verən Tramp isə İsrailin bu məsələdə onun sözlərinə əhəmiyyət verdiyini vurğulayıb. İsrailin Livana hücumunun qarşısını alıb-almayacağı soruşulduqda, o, “Bəli, edərəm. Onlar mənə çox hörmət edirlər və dediklərimi edirlər” cavabını verib.
Bu arada, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail ordusunun Livanın cənubunda qalacağını bir daha bəyan edib. Yazılı açıqlamasında Netanyahu müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Eyal Zamirlə Livandakı vəziyyəti müzakirə etdiyini bildirib.
Netanyahu vurğulayıb ki, İsrail ölkənin şimalındakı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün lazım olduğu müddətdə Livanın cənubundakı təhlükəsizlik zonasında qalmağa davam edəcək. İsrailin müdafiə naziri Yisrael Katz da ordunun Livanın cənubundan geri çəkilməyəcəyini bəyan edib.
Sədaqət Həsənova














