Məlumata görə, müqavilə Vaşinqtonu “ABŞ-ın Qrenlandiyadakı hərbi əməliyyatlarında və ya obyektlərində hər hansı əhəmiyyətli dəyişiklik etməzdən” əvvəl Danimarka və Qrenlandiya ilə “məsləhətləşmələr aparmağa və məlumatlandırmağa” məcbur edir.
Gündəm24.az xəbər verir ki, Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Qrenlandiyadakı hərbi mövcudluğuna qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün Danimarka ilə 1951-ci il müdafiə müqaviləsinə yenidən baxmaq niyyətindədir. Sözügedən saziş Vaşinqtonu Qrenlandiyada hərbi əməliyyatlar və obyektlərlə bağlı mühüm dəyişikliklərdən əvvəl Danimarka və Qrenlandiya ilə məsləhətləşməyə məcbur edir və ABŞ indi bu şərtlərin planlarını məhdudlaşdırmamasını istəyir. Danimarka və Qrenlandiyanın buna razı olub-olmayacağı hələ məlum deyil, Ağ Ev isə detallar dəqiqləşdirildikdən sonra məlumat veriləcəyini bildirib.
Sədaqət Həsənova














